Azər Əhmədov (yüngül atlet)

Azər ƏhmədovAzərbaycanlı yüngül atletdir. Azərbaycanı 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında təmsil etmişdir.

Azər Əhmədov
Şəxsi məlumatlar
Tam adı Azər Əhmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (34 yaş)
Doğum yeri Voronej, Rusiya Rusiya
İdman növü Yüngül atletika
Boyu 196 sm.
Çəkisi 72 kq.
10 aprel 2016 tarixində yenilənib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Əhmədov 28 fevral 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 2004-cü ildən yüngül atletika ilə məşğul olur. Azər Əhmədovun şəxsi məşqçisi Ziyad Xalfayevdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Azər Əhmədov birinci uğurunu 2015-ci ildə qazandı. O Azərbaycan Çempionatında hündürlüyə tullanmada 1-ci yeri tutaraq qızıl medal qazandı. 2015-ci ildə isə Azər Əhmədov Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında iştirak etdi. Hündürlüyə tullanmada Azər Əhmədov 2.08 nəticə göstərdi və 13 idmançı arasında 7-ci yeri tutdu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]