Azər Bülbül — (1 fevral 1967, Arpaçay ilçəsi, Qars ili – 6 yanvar 2012, Antalya) Azərbaycanlı mənşəli Türkiyə müğənnisi.
Azər Bülbül | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Subutay Kesgin |
Doğum tarixi | 1 fevral 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 2012 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni |
Fəaliyyət illəri | 1984-cü ildən |
Janr | Türkiyə xalq musiqisi |
Əsıl adı Subutay Kesgin olan Azər Bülbül 1967-cu ildə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunda dünyaya gəlmişdir. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür.
Müğənnilik karyerasına "Qərib yolçu" albomu ilə başlamışdır. Daha sonra "Yalan olar", "Mən sənə vurğunam", "Fərat" kasetlərini buraxmışdır. 1994-cı ildə çıxardığı "Mən babayam" kaseti isə ona şöhrətin qapılarını açmışdır.
Azər Bülbül 6 yanvar 2012-ci ildə vəfat edib. 44 yaşlı müğənninin cəsədi Antalyada qaldığı hotel otağında tapılmışdır[1].
Azər Bülbül Almaniyada yaşayan immiqrant idi. Almaniyada qaldığı illərdə kazinolarda və toy salonlarında ifa edərkən o illərin məşhur türk müğənnisi Yıldız Tezcan tərəfindən "kəşf edilmişdir" .Ona Azər Bülbül adını verən adam Yıldız Tezcandır.
Azər Bülbül, özünə xas hərəkətləri ilə arabedk musiqidə "Ata" ləqəbli nadir sənətçilərdən biri olmuşdur.
Bir dəfə evlənmişdir və ayrılmıştır.Uşağı yoxdur