Azər Namazov

Azər Zərqara oğlu Namazov — hüquq üzrə fəlsəfə doktoru.[1]

Azər Namazov
Azər Zərqara oğlu Namazov
Doğum tarixi 27 yanvar 1957(1957-01-27) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Elm sahəsi hüquq
Elmi dərəcəsi hüquq üzrə fəlsəfə doktoru
İş yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Zərqara oğlu Namazov 1957-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. 1974–1979-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (Azərbaycan Dövlət Neft Akademiyası) ali təhsil alıb, 1979–1981-ci illərdə Azərbaycan SSR EA-nın (AMEA) Y. Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda təyinatla mühəndis vəzifəsində çalışıb. 1981–1985-ci illərdə komsomol orqanlarında işləmiş, o cümlədən 1983–1985-ci illərdə Azərbaycan SSR EA-nın komsomol komitəsinin katibi olmuşdur. 1985–1989-cu illərdə Azərbaycan KP 26 Bakı komissarları adına rayon komitəsinin aparatında təlimatçı, şöbə müdir müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1989-cu ildə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasına (RF Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası) daxil olub. 1992-ci ildə təhsilini bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmişdir. Hüquq elmləri namizədidir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992–1994-cü illərdə müxtəlif kommersiya strukturlarında çalışmışdır. 1994-cü ildə yeni yaradılmış AR Gənclər və İdman Nazirliyinə idarə rəisi vəzifəsinə təyin edilmiş, Nazirliyin Kollegiya üzvü olmuşdur. 1996–1998-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin aparatında şöbə müdiri olmuş, 1998–2005-ci illərdə BŞİH-nin "İnterservis" Müdiriyyətinin təsis etdiyi "Trans-Servis" şirkətinin prezidenti vəzifəsində çalışmışdır. 2011-ci ilin fevral ayından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində məsləhətçi vəsifəsində işləyir. 2013-cü ilin iyul ayının 3-dən AMEA Rəyasət Heyətinin Hüquqi Təminat şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2014-cü ilin fevral ayının 18-də AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru vəzifəsinə təyin edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2014-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]