Azər Mirzə oğlu Süleymanov ({{DVTY}} şablonu boşdur ) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. Gürcüstan parlamentinin deputatı.
Azər Süleymanov |
---|
1967-ci il 23 iyul tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1984-cü ildə rus məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1991–1996-cı illərdə biznes sahəsində çalışıb. Aqro firmanın direktoru olub. Marneulidə Aqropolm adlı ticarət şirkətinin iqtisadiyyatçısı kimi fəaliyyət göstərib. 1996–1999-cu illər ərzində Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini yerinə yetirib.
1999–2003-cü illərdə majoritar yolla seçilərək millət vəkili olub.
2003–2008-ci illərdə Kvemo-Kartli qubernatorunun müavini kimi çalışıb.
2008–2012-ci illərdə millət vəkili olub. 2012–2016-cı illərdə yenidən millət vəkili olaraq fəaliyyət göstərmişdir. Milli Hərəkat Partiyasının və Siyasi Şuranın üzvü və liderlərindən biridir.
2016-cı fevralın 17-də Gürcüstan parlamentində Xocalı soyqırımı haqqında çıxışı edərək bildirib ki, hələ də Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi qiymət verilməyib. Gürcüstan parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verən deputat qeyd edib ki, 24 il bundan əvvəl Ermənistan silahlı qüvvələri Rusiya ordusunun köməyi ilə Xocalı şəhərində yaşayan azərbaycanlıları işgəncə ilə öldürüblər. Onun sözlərinə görə, bu dəhşətli cinayətləri törədənlər hələ də azadlıqdadır.
Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər əraziləri rus tanklarının və erməni separatçılarının köməyi ilə işğal edilib. Bu işğala oxşar hadisələr Gürcüstanın da başına gəlib. Mən azərbaycanlıyam, Gürcüstan isə vətənimdir. Çaxalyan öz bəyanatında bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə türklərə və azərbaycanlılarına üstünlük verir. Mən bu bəyanatla əlaqədar Gürcüstan prezidentinə, parlament sədrinə müraciət edirəm. Xahiş edirəm ki, Çaxalyanın bu separatçı bəyanatına reaksiya verilsin. Azər Süleymanov
|