Azər Sarıyev(Sarıoğlu) — tanınmış Azərbaycan jurnalisti.
Azər Sarıyev-Sarıoğlu | |
---|---|
Azər Tofiq oğlu Sarıyev | |
Digər adı | 24 sentyabr 1974 |
Doğum yeri | İmişli, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Tofiq |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universitetinin Tarix fakültəsi |
Fəaliyyəti | jurnalist |
Azər Sarıyev 1974-cü il sentyabrın 24-də İmişlidə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini tarixçi-şərqşünas ixtisası üzrə bitirib.
Azər Sarıyev mətbuata "Avrasiya" qəzetində tərcüməçi işləməklə gəlib, 1997–1998-ci illərdə həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. 1998–1999-cu illərdə "Ekspress" qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra "Palitra" qəzetində baş redaktor olub (1999–2003). "Millət", Hürriyyət", "Kaspi" qəzetləri, "Azadinform" İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.
Altı il jurnalistikada (üç il reportyor, üç il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Media və ictimai əlaqələr şöbəsinin müdiri(mətbuat katibi) vəzifəsinə təyin edilib. 11 il MSK-da şöbə müdiri vəzifəsində işlədikdən sonra AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri təyin edilib. Bir müddət sonra bu postdan istefa verib. Respublikanın müxtəlif media orqanlarında çeşidli mövzularda yazılarla çıxış edib. Hazırda FHN-in İctimaiyyətlə əlaqələr idarəsində baş məsləhətçi vəzifəsində işləyir. Dövlət qulluğu ixtisas dərəcəsi dövlət qulluğunun müşaviridir.[1]
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |