Azər Tağıyev (şəhid)

Tağıyev Azər Yusif oğluAzərbaycan; Qarabağ müharibəsi şəhidi.

Azər Tağıyev
Azər Yusif oğlu Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1971-ci il
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Ağdərə rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid] olmuşdur.
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azəbaycanlı
Atası Yusif Tağıyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru Qoşunları
Hərbi hissə N-saylı
Rütbə Əsgər
Vəzifəsi Topçu
Döyüşlər 1-ci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

1971-ci ildə Bərdə rayonunun Məmmədli kəndində anadan olmuşdur. O, 1978-ci ildə Məmmədli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə 10-cu sinifi bitirmişdir.

Xidmət illəri[redaktə | mənbəni redaktə et]

Tağıyev Azər Yusif oğlu 1989-cu ildə hərbi xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. O, 1991-ci ildə hərbi xidmətini yerinə yetirib doğma vətənə qayıdır. O həmişə böyüklərə xidmət edirdi.Sonra o Bərdə rayon Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur.O texnikumda oxuyarkən ermənilər artıq vətənimizə hücuma keçmişdilər, narahat günlər Azəri dinc qoymurdu. Odur ki, o silaha sarılaraq vətəni müdafiə etməyə yollanır. Onda vətəni , torpağı və ana- bacı ismətini qorumaq hissi daha güclü idi. O 15 Avqust 1992-ci ildə Yevlax batalyonuna daxil olur. Azər həmin batalyonda topçu kimi döyüşə başlayır. Həmin batalyon 20 Avqust 1992-ci ildə Ağdərə rayonunu erməni faşistlərindən azad etməyə yola düşür.İlk günlərdən Azərgilin batalyonu uğurla döyüşməyə başlayır. Beləliklə onlar Ağdərə rayonunun Arqumer və Aşağı Orataq kəndlərinin azad olunmasında böyük igidlik göstərmişlər.Bu döyüşdə Azərin də payı vardır. Buna görə də göstərdiyi qəhrəmanlığa görə komandanlıq tərəfindən bir neçə mükafata layiq görülür.Növbəti hücum Ağdərə rayonunun Orataq kəndi uğrunda olmuşdur.Lakin bu hücum Azər üçün uğursuz olmuşdur. O düşmən gülləsinə qalib gələ bilməmişdir.O qəhrəmancasına şəhid olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]