Azər Xəlilov — Telejurnalist. Azad Azərbaycan TV-nin prezidenti(2017-ci ildən), CBC Telekanalının baş direktoru (2013–2017), Azərbaycan Respublikasının əməkdar jurnalisti, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı.
Azər Xəlilov | |
---|---|
Azər Nəriman oğlu Xəlillov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | Moskva Dövlət Universiteti |
Fəaliyyət illəri | 1990-ci ildən |
Tanınır | telejurnalist |
Mükafatları |
|
Azər Nəriman oğlu Xəlillov 25 fevral 1959-cu ildə Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.
1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib.
2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında" sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.[1]
2024-cü il 5 martda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]