Azərbaycanın Təbriz Baş Konsulluğu — Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki siyasi və diplomatik nümayəndəliyi.[1]
Azərbaycanın Təbriz Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır[2].
Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunmuşdur.[3]
Konsulluğun binası Təbriz şəhərindəki Arif xiyabanında yerləşir.[4]