Azərbaycanın ağsaqqalları qısametrajlı sənədli filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-poetik kinooçerk ən hörmətli adamlara-sifətləri həyatın keşməkeşli yollarından qırışmış, neçə-neçə ağlı-qaralı illəri yola salmış Azərbaycanın müdrik ağsaqqallarına həsr olunmuşdur.
Azərbaycanın ağsaqqalları | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Seyfulla Bədəlov |
Ssenari müəllifi | İmran Mirzəyev |
Operator | Seyfulla Bədəlov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1969 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1969 |
Texniki məlumatlar |
1 hissə 299 metr |
Rəng | rəngli |
Lirik-poetik kinooçerk ən hörmətli adamlara-sifətləri həyatın keşməkeşli yollarından qırışmış, neçə-neçə ağlı-qaralı illəri yola salmış Azərbaycanın müdrik ağsaqqallarına həsr olunmuşdur.[1]
Filmdə qocaların həyat tərzi və məişəti tədqiq edilərək belə nəticə çıxarılır ki, uzun ömrün əsas sirri əməkdir. Uca dağlar qoynunda, sərt iqlimdə yaşayan qocalardan 115 yaşlı Nəsir Qasımovla, 113 yaşlı Hüseyn Dadaşovla, onun arvadı Əsmətlə, 162 yaşlı Şirin baba, Şirəli baba və başqaları ilə tanış oluruq.[1]
Ssenari müəllifi: İmran Mirzəyev
Rejissor: Seyfulla Bədəlov
Operator: Seyfulla Bədəlov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Azərbaycan filmlərinin siyahısı
1969-cu ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı