Azərbaycanın istehsal sahələri

Azərbaycanın istehsal sahələri

İstehsal və qeyri- istehsal sahələri[redaktə | mənbəni redaktə et]

İstehsal sahələri təsərrüfatı iki yerə bölünür:

  1. istehsal sahələri
  2. Qeyri-istehsal sahələri

İstehsal və qeyri-istehsal sahələri də öz növbəsində aşağıdakı şaxələrə bölünür:

# istehsal və ya qeyri- istehsal sahələri Q-MİS
1 Sənaye MİS
2 Nəqliyyat MİS
3 Rabitə MİS
4 Kənd təsərrüfatı MİS
5 Tikinti MİS
6 ticarət, ictimai iaşə, tədarük MİS
1 Elm Q-MİS
2 Maarif və mədəniyyət Q-MİS
3 Səhiyyə və idman Q-MİS
4 Mənzil təsərrüfatı və məişət xidməti Q-MİS
5 İdarəetmə Q-MİS

Azərbaycanda təsərrüfatın inkişaf mərhələləri:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın zəngin sərvətlərə malik olması çoxsahəli təsərrüfatın inkişafına çox böyük müsbət təsir göstərmişdir. Uzun müddət Sovet müstəmləkəçiliyində olması Azərbaycanın təsərrüfatının ərazi təşkilinə mənfi təsir etmiş, inkişafını ləngitmişdir. Mərkəzi Rusiya Azərbaycan iqtisadiyyatını qəsdən digər dövlətlərin iqtisadiyyatından asılı hala salmışdır. SSRİ-nin bunu etməkdə əsas məqsədi dövlətlərin bir-birindən ayrı yaşaya bilməsini mümkünsüz etmək olmuşdur. Ümumilikdə Azərbaycan təsərrüfat strukturunun inkişafı 4 mərhələyə bölünmüşdür.

  • 1-ci mərhələ. 1900-cü ilə qədər ölkə geri qalmış aqrar ölkəsi idi, əsas sənayesi yüngülyeyinti sənayesi idi.
  • 2-ci mərhələ. 1900–1940-cı illəri əhatə edir. Neft hasilatının artması ölkənin inkişafına səbəb olmuşdur. Habelə metallurgiya, mədən avadanlıqları istehsalı, maşınqayırma sahələrinin inkişafına şərait yaranmış, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir. İkinci Dünya müharibəsinin başlaması Bakının neft şəhəri kimi inkişafına böyük təsir göstərmişdir.
  • 3-cü mərhələ. 1940–1990-cı illəri əhatə edir. Mövcud əmək ehtiyatlarının işlə təmin olunması, ixtisaslı kadrların yerləşdirilməsi qeyri-maddi istehsal sahələrinin sürətini xeyli gücləndirdi. Bölgələrlə Abşeron arasındakı "iqtisadi uçurum" nisbətən tarazlaşdırıldı. Sumqayıt boru-prokat, Gəncə alüminium, Daşkəsən filizsaflaşdırma və s. iri sənayə sahələri tikildi. Onlar həm də SSRİ-nin tələbatını ödəyirdi. Bu dövrdə Azərbaycan yenə də neft-qaz ölkəsi olaraq qalırdı.
  • 4-cü mərhələ. 1990-cı ildən başlayan bu mərhələ Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası mərhələsidir. SSRİ-nin dağılmasına təsadüf edən bu dövrün ilk mərhələsi tənəzzül mərhələsi kimi səciyyələndirilir. SSRİ-nin formalaşdırdığı inzibati amirlik sistemindən kapitalist quruluşlu bazar iqtisadiyyatı sisteminə keçid müəyyən problemlərlə müşayət olundu. Bu problemlər bu gün belə özünü çox qabarıq şəkildə büruzə verir, lakin ölkədə sürətli inkişaf ÜDM-nin artmasıyla müşayət olunur. ÜDM-nin 27 mld. manatı sənaye məhsullarının (əsasən neft-qaz), 2,7 mld. manatı isə kənd təsərrüfatının payına düşür. Hazırda büdcədə valyuta ehtiyatı 18 milyarddan artıqdır.

Sahibkarlıq nədir,sahibkarlıq fəliyyəti:[redaktə | mənbəni redaktə et]

Sahibkarlıq fəaliyyəti insanların sərbəst iqtisadiyyat qurmaq imkanlarının mövcudluğu şərti ilə mümkündür. Hazırda respublikamız kapitalizm cəmiyyətinin qanunları ilə idarə olunur, bazar iqtisadiyyatı sürətlə inkişaf edir. Bazar iqtisadiyyatı isə öz növbəsində azad sahibkarlıq fəaliyyətinin varlığını şərtləndirir. Dövlət tərəfindən sahibkarlığın inkişafını təmin etmək üçün "Sahibkarlıq fəaliyyəti haqqında", "Səhmdar cəmiyyətlər haqqında", Torpaq islahatı haqqında", "Qiymətli kağızlar və fond birjası haqqında" və s. qanunlar qəbul edilmişdir. Bunlardan başqa, sahibkarlığın ölkədə inkişaf proqramları hazırlanır, transmilli sahibkarlıq konsepsiyası yaradılır, dövlət sahibkarlara güzəştli və uzunmüddətli kreditlər ayırır, qısamüddətli kreditlərin faizi artırılır, onların inkişafına xarici bankların vəsaitləri cəlb olunur. Dövlət sektoru ilə bərabər özəl sektorun da inkişafına geniş şərait yaradılır. Bütün bunlara baxmayaraq, inhisarın və təkəlçiliyin mövcudluğu bu gün iqtisadiyyatımızın əsas bəlasıdır.[mənbə göstərin]

İstinadlar[redaktə | mənbəni redaktə et]