Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir[1]
Ərazinin isti ehtiyatları. Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir.