Azərbaycanın kadastr rayonları

Azərbaycan Respublikasının dövlət torpaq kadastrı.

Cəlilabad kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu rayona eyniadlı inzibati rayonun düzləri və qismən dağətəyi əraziləri daxil edilmişdir. Ümumi sahəsi 102,3 min ha (Azərbaycan ərazisinin 1,2%-i) təşkil edir. Bu sahənin 24,5 min ha-nı əkin sahələri (23,9%), 19,2 min ha-nı çoxillik əkmələr (18,8%), 11,1 min ha-nı örüşlər (10,8%), 20,9 min ha-nı otlaqlar və biçənəklər (20,4%) təşkil edir. Kənd təsərrüfatı ehtiyacları üçün yararlı olan torpaqlar 76,2 min ha sahəni tutur.

Orta illik temperatur 14,1°, vegetasiya dövründə fəal temperaturlar cəmi 4300-4400° təşkil edir. İllik yağıntıların miqdan 400– 600 mm-ə bərabərdir. İl ərzində yağıntılar bərabər paylanmır, daha çox yazda və payızda düşür.

Ərazidə qəhvəyi, boz-qəhvəyi, çəmən-qəhvəyi və başqa torpaqlar yayılmışdır.

Ərazi üzüm yetişdirilməsi üçün əlverişlidir. Buna görə də rayonun ərazisi başlıca olaraq bu bitkinin becərilməsi üzrə ixtisaslaşmışdır. Bu kadastr rayonunun əsas istehsal sahəsi taxılçılıqdır. Cəlilabad kadastr rayonunun torpaq-iqlim xüsusiyyətlərinin öyrənilməsi bu rayonun tərkibində Təzəkənd-Üçtəpə yarımrayonunu üzə çıxarmağa imkan vermişdir. Əlavə istehsal sahələri qoyunçuluq, quşçuluq və bağçılıqdır.

Lənkəran-Astara kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu rayona Lənkəran, Astara, Masallı rayonlarının düzən və qis­mən dağətəyi torpaqları daxil edilmişdir. Torpaqların ümumi sahəsi 195,1 min ha-dır ki, bu da respublika ərazisinin 2,3%-ni təşkil edir. Ərazinin 32,3 min ha (16,6%) əkin sahələrinə, 13,2 min ha çoxillik əkmələ­rə, 1,8 min ha isə otlaqlara düşür. Əkin sahələri məh­duddur.

Rütubətli subtropik iqlim tipik subtropik təsər­rüfatın inkişafına imkan yaradır. Termik şərait burada sitrus bitkilərinin, çay, dəfnə yarpağı, feyxoa, tərəvəz və s. yetişdirilməsinə imkan verir. Bitkilərin vegetasiya dövrü üçün fəal temperaturlar cəmi 4000-4500°, illik yağıntıların miqdarı isə 500-1700 mm təşkil edir.

Kadastr rayonunun ərazisində sa­rı-dağ-meşə (23%), sarı-qleyləşmiş, podzollu sarı (19,5%) və s. torpaqlar yayılmışdır. Bu ərazinin mənimsənilməsində əlverişli torpaq-iqlim şəraiti mühüm rol oynamışdır.

Ancaq Xəzər də­nizi səviyyəsinin yüksəlməsi sahil zonasının hər hissə­sini su altında qoyaraq, bir çox sosial-iqtisadi obyektlə­rin batmasına səbəb olmuşdur.

Bu kadastr rayonu mühüm kənd təsərrüfatı məhsullarının istehsalçısıdır. Burada çay istehsalının 61,2, tərəvəz istehsalının isə 59,0%-i cəmlənmişdir. Ölkə miqyasında sitrus meyvə­lərinin (limon, feyxoa, tut və s.) əsas hissəsi burada to­planır. Əsas sahələri tərəvəzçilik, çayçılıq, heyvandar­lıqdır. Əlavə sahələr taxılçılıq, sitrus meyvəçiliyidir.

Muğan-Salyan kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Neftçala, Salyan, Biləsuvar, Saatlı, İmişli, Sabirabad inzibati rayonları, eləcə də Hacıqabul rayonunun düzən əraziləri daxildir. Muğan-Salyan kadastr rayonu torpaqlarının ümumi sahəsi 610,7 min ha və ya Azərbaycanın ümumi ərazisinin 7,06%-nə bərabərdir. Torpaqların ümumi sahəsindən 52,2%-i əkin altında (318,9 min ha), 1,77% dincə qoyulmuş (10,8 min ha), 25,7% isə otlaqların payına düşür (156,9 min ha).Ümumi sahənin 217,5 min ha-nı suvarılan torpaqlar təşkil edir ki, bu da ümumi əkin torpaqlarının 35,6%-nə bərabərdir. Qeyd etmək lazımdır ki, respublikanın suvarılan torpaqlarının 18,1%-i Muğan-Salyan kadastr rayonunun payına düşür. Bu ərazi qrunt sularının səthə yaxın yerləşməsi ilə seçilir.

Rayonun təbii istilik təminatı ehtiyatı 4000-4500°C təşkil edir. İllik yağıntıların miqdarı 100-300 mm ol-duğundan, kənd təsərrüfatı əsasən süni suvarma hesabına mövcuddur.

Başlıca olaraq boz, çəmən-boz, subasar-çəmən, bataqlıq-çəmən və başqa torpaq tipləri yayılmışdır.

Bu kadastr rayonu klassik pambıqçılıq rayonudur. Əkinçilikdə ikinci yeri taxılçılıq tutur. Ərazidə quşçuluğun, qoyunçuluğun, qismən üzümçülüyün inkişafı üçün şərait vardır. Əlavə sahələri quşçuluq, qoyunçuluq, üzümçülük, subtropik meyvəçilik (nar), tərəvəzçilikdir.[1]

Ceyrançöl kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Ağstafa, Tovuz, Şəmkir, Samux rayonlarının qış otlaqları daxildir. Rayon Kiçik Qafqaz təbii vilayətinin şimal hissəsində, dəniz səviyyəsindən 100-500 m hündürlükdə yerləşmişdir.

Nəmlik dərəcəsinə görə bu rayon yarım-quru və quraq zonaya daxil olur (Md = 0,10-0,25). Yağıntıların illik miqdarı 300-600 mm-dir. 10°C-dən yüksək temperaturlar cəmi 3800-4600°C-dir. Vegetasiya dövrü 222-219 gün təşkil edir.

Ərazidə orta düzənliklərin və güclü parçalanmış dağətəyi bozqırların və quru bozqırların landşaftları yayılmışdır.

Rayonun başlıca təbii sərvəti qış otlaqlarıdır. Əsas ixtisaslaşma sahəsi - otlaq heyvandarlığı (qoyunçuluq) və yemçilikdir.[1]

Dəvəçi-Xaçmaz kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna bütövlükdə Xaçmaz inzibati rayonu, Dəvəçi, Siyəzən, Quba və Qusar rayonlarının düzən hissəsi daxil edilmişdir. Ümumi sahəsi 397,9 min ha (Azərbaycan ərazisinin 4,61%-i) olan kadastr rayonunda əkin sahələri 91,2 min ha, bundan çoxillik əkmələr—30 min ha, otlaqlar-79,5 min ha, örüşlər-10,8 min ha təşkil edir. Torpaqların 217,2 min ha kənd təsərrüfatı ehtiy¬acları üçün yararlıdır ki, bu da bütün Azərbaycan ərazisinin 2,52%-ni təşkil edir. Ərazi üçün xarakterik olan əlverişli təbii-coğrafi və sosial-iqtisadi xüsusiyyətlərdən:Sumqayıt, Bakı, Dərbənd kimi sənaye və nəqliyyat baxımından inkişaf etmiş şəhərlərin yaxınlığı, kənd təsərrüfatının inikşafı üçün hər cür şərait yaradan Bakı-Dərbənd, Bakı-Rostov dəmiryol xətlərinin buradan keçməsini göstərmək olar.

Dəvəçi-Xaçmaz kadastr rayonu şimal küləkləri üçün açıq olduğundan, başqa rayonlardan daha soyuq iqlimi ilə seçilir və Abşeron-Qobustan rayonuna nisbətən istilik təminatına görə daha aşağı göstəricilərə malikdir. Fəal temperaturlar cəmi 3000-3800°C arasında tərəddüd edir; illik yağıntıların miqdarı 400-900 mm-dir. İl ərzində yağıntıların qeyri-bərabər paylanması səbəbindən vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması qeyd olunur. Bu dövr 200-219 gün arasında tərəddüd edir.

Ərazidə yayılmış əsas landşaft tipi düzən ərazilərin çəmən-meşə landşaftıdır.

İqlim, relyef və başqa landşaft amillərinin təsiri altında Dəvəçi-Xaçmaz kadastr rayonunda yuyulmuş çəmən-meşə, subasar çəmən-meşə, çəmən-meşə, çəmən-qəhvəyi torpaqlar yayılmışdır.

Bu ərazinin qeyd olunan təbii xüsusiyyətləri taxıl, tərəvəz, meyvə bitkilərinin becərilməsi üçün əlverişli şərait yaradır.Tədqiqatlar göstərir ki, Dəvəçi-Xaçmaz kadastr rayonu torpaqlarının düzgün istifadəsi zamanı burada müxtəlif mədəni bitkilərdən çox yüksək məhsul almaq olar.[1]

Şahbuz-Parağaçay kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bura Şahbuz rayonu, Şərur, Sədərək, Babək, Ordubad və Culfa rayonlarının dağ torpaqları daxildir. Bu rayonun ümumi sahəsi 327,3 min ha-dır. Rayonun ərazisində 18,6 min ha əkin sahəsi, 4,3 min ha çoxillik əkmələr, 55,8 min ha otlaq və biçənəklər vardır.

Rayon istiliklə təmin edilmişdir. 10°C-dən yüksək temperaturların cəmi 4000° və daha yüksəkdir.

Ərazidə bozqırlaşmış dağ-qəhvəyi və başqa torpaqlar yayılmışdır. Torpaqlarda eroziya proseslərinin intensivliyi yüksəkdir (7-0%-ə qədər).

Torpaqların kənd təsərrüfatı istifadəsi məhduddur. Kadastr rayonu üçün əhalisi əkinçilik və heyvandarlıqla məşğul olan kiçik kənd yerləri səciyyəvidir. Əsas ixtisaslaşma sahələri qoyunçuluq, heyvandarlıq, ipəkçilik; əlavə sahələr isə taxılçılıq, meyvəçilik və otlaq heyvandarlığıdır.

Qobustan-Abşeron kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna bütövlüklə Abşeron inzibati rayonu, Hacıqabulun Nəvahi-Atbulaq massivi, Xızı, Siyəzən rayonunun aran hissəsi daxildir. Abşeron-Qobustan kadastr rayonunun ümumi sahəsi 325,9 min ha və ya ölkə ərazisinin 3,76%-i qədərdir. Əkin sahələri-35,1 min ha, dincə qoyulmuş torpaqlar-3,3 min ha, otlaqlar-111,1 min ha, şərti yararsız torpaqlar isə-64,5 min ha təşkil edir.

Ərazinin iqlim şəraiti isti quru yay və mülayim rütubətli qışla xarakterizə olunur. İsti ildə təmin olunmasına görə Abşeron-Qobustan rayonu başqa rayonlarla müqayisədə əlverişli şəraitə malikdir. Belə ki, 10°- dən yüksək temperaturların cəmi 4000-4400°C, il ərzində şaxtasız günlər 270, orta illik yağıntı miqdarı 200-300 mm təşkil edir.

Bu ərazinin əsas landşaft tipləri—meşəaltmdan çıxmış bozqır sahələrə keçən güclü və orta parçalanmış dağətəyi və ortadağlıq yarımsəhralar, quru-bozqır və çəmən-bozqır tipləridir.

Abşeron-Qobustan kadastr rayonunda subtropiklər üçün xarakterik olan boz-qonur, primitiv boz torpaq, qonur, açıq-şabalıdı torpaqlar, şoranlar və şorakətlər yayılmışdr.

Bu ərazinin təbii şəraiti tərəvəzçiliyin, heyvandarlığın, üzümçülüyün, subtropik meyvəçiliyin (əncir, zeytun, püstə) inikişaf etdirilməsinə imkan verir.

Bu kadastr rayonunda ən iri kənd təsərrüfatı aqlomeratı təşkil edilmişdir. Bakıda və Abşeron yarımadasında yaşayış sahələrinin genişlənməsi torpaq sahələrinin məhdudlaşmasına səbəb olmuşdur. Başqa tərəfdən, Abşeron yarımadasında rekultivasiyaya ehtiyacı olan torpaqlar (21,3 min ha) da vardır. Onlardan 19,4 min ha neft və neft məhsulları ilə çirklənmiş sahədə, 1,0 min ha tikinti altında, 0,8 min ha isə qalan sahələrdədir. Aparılan tədqiqatlar rekultivasiya və meliorasiya hesabına Abşeron-Qobustan kadastr rayonunda faydalı torpaqlar sahəsinin 90 min ha artırmağın mümkünlüyünü təsdiq etməyə əsas verir.[1]

Şəki-Zaqatala kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Şəki, Zaqatala, Oğuz, Qəbələ, Qax, Balakən rayonlarının alçaq və orta dağlıq əraziləri daxildir. Şəki-Zaqatala rayonunun ümumi sahəsi 380,9 min ha-dır. Kənd təsərrüfatına yararlı olan 188,6 min ha torpaqdan 116,8 min hektarını otlaqlar təşkil edir. Rayon Böyük Qafqaz təbii-kənd təsərrüfatı vilayətinin cənub ya-maclarını əhatə edir. Şərqdə (650 m) və qərbdə (550 m) yerləşən hündürlük nöqtələri arasında rayonun ərazisi 2500 m hündürlüyə qədər olan sahələri əhatə edir.

Rayon rütubətli zonaya aiddir (Md > 0,45). Yağıntıların ümumi miqdarı 630-1240 mm arasında geniş hüdudlarda tərəddüd edir. Fəal temperaturlar cəmi aşağı hissələrdə 3700°, yuxarı hissələrdə isə 800°C-yə çatır. Yerin hündürlüyündən asılı olaraq vegetasiya dövrləri 210 gündən 60 günə qədər dəyişir.

Güclü parçalanmış orta dağlıqlarda enliyarpaq və meşəaltından çıxmış çəmən-kol landşaftları yayılmışdır.

Rayonun relyef-iqlim şəraiti burada dağ-meşə, qəhvəyi dağ-meşə, tünd şabalıdı dağ-boz-qəhvəyi torpaqların yayılmasına imkan yaradır

Bu kadastr rayonu kənd təsərrüfatı üçün mühüm rayonlarından biridir. Buğda əkinləri altında olan sahələr-9,3%, tütün altında—17,6% (2,6 min ha) təşkil edir. Ökənin bütün meyvə əkinlərinin 8,4%-i (4,7 min ha) onun payına düşür. Əkin sahələri məhduddur. Çoxillik əkmələr üstünlük təşkil edir. Tez-tez təkrar olunan subasmalar, sellər və sürüşmələr torpaqlardan istifadəni çətinləşdirir. Əsas ixtisaslaşmış sahələr meyvəçilik, tütünçülük, taxılçılıq, heyvandarlıqdır. Bunlar ümumi kənd təsərrüfatı məhsullarının 76%-ni verir. Əlavə sahələr kimi üzümçülüyü, qoyunçuluğu, ipəkçiliyi göstərmək olar.[1]

Dəlidağ-Şahdağ kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Buraya Gədəbəy, Daşkəsən, Goranboy, Xanlar, Şuşa, Laçın, Xocavənd, Ağdərə və Kəlbəcər rayonlarının yüksək dağlıq torpaqları (otlaqlar) daxildir. Ümumi sahəsi 170,6 min ha-dır. Başlıca olaraq otlaq kimi istifadə olunur. Belə ki, otlaqların sahəsi Gədəbəy rayonunda-12,5 min ha, Daşkəsəndə-93,4 min ha, Kəlbəcər rayonunda isə 9,0 min ha təşkil edir.

İllik yağıntıların miqdarı 350-700 mm-ə çatır.

Bu kadastr rayonunda çimli dağ-çəmən, bozqırlaşmış dağ-çəmən torpaqları geniş yayılmışdır.

Mal-qaranın qaydasız otanlması burada eroziya proseslərinə səbəb olmuşdur.[1]

Gəncə-Qazax kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Qazax, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Xanlar, Samux rayonlarının düzən və dağətəyi əraziləri daxildir. Rayonun 546,7 min ha-ya bərabər olan ümumi sahəsi ölkə ərazisinin 6,3%-ni təşkil edir. Bu sahənin 72,3 min ha əkinlərdən, 23,4 min ha çoxillik əkmələrdən, 12,4 min ha dincə qoyulmuş torpaqlardan, 7,4 min ha örüşlərdən,-174,8 min ha isə biçənəklərdən ibarətdir. Gəncə-Qazax kadastr rayonu KQ təbii vilayətinin şimal hissəsini əhatə edir. Ərazinin hündürlüyü 200- 400 m arasında dəyişir.

Nəmliyə görə rayon yarımrütubətli və quraq zonaya aiddir (Md = 0,10-0,20). Yağıntıların illik miqdarı 250-410 mm arasında dəyişir. Qızmar iqlim sahəsinə daxil olan rayon ərazisində fəal temperaturlar cəmi 3800-4400°-yə çatır. Vegetasiya dövrünün uzunluğu 213-210 gündür.

Bu rayonun ərazisində quru bozqır landşaftları, orta parçalanmış düzənliklər yayılmışdır.

Tünd boz-qəhvəyi, bozqırlaşmış-çəmən və bataqlıq-çəmən torpaqlar daha çox yayılmışdır. Ərazidə torpaqların şorakətliyi və şorluğu mövcuddur

Ərazinin təbii şəraiti kənd təsərrüfatı bitkilərinin becərilməsinə imkan verir. Əsas ixtisaslaşma sahələri üzümçülük, heyvandarlıq, taxılçılıqdır. Yardımçı sahələrə qoyunçuluq, kartofçuluq, bağçılıq, tərəvəzçilik aiddir.[1]

Daşkəsən-Gədəbəy kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu rayona Gədəbəy, Daşkəsən, Xanlar, Qazax, Goranboy, Tovuz, Şəmkir, Ağstafa rayonlarının alçaq və orta dağlıq əraziləri daxildir. Kadastr rayonunun ümumi sahəsi 611,9 min ha-dır ki, bu da ölkə ərazisinin 7,0%-ni təşkil edir. Rayonda əkinaltı torpaqlar 4,8 min ha, çoxillik əkmələr-9,4 min ha, dincə qoyulmuş torpaqlar-2,2 min ha, örüşlər - 21,0 min ha, otlaqlar, biçənəklər-25,0 min ha təşkil edir. Rayon Kiçik Qafqaz təbii vilayətinin şimal yamacında yerləşir.

Nəmlik dərəcəsinə görə bu ərazi yarımrütubətli zonaya daxil olur (Md = 0,25- 0,45). Yağıntıların illik miqdarı (350-400 mm) ərazinin hündürlüyündən asılıdır. Ərazinin aşağı sərhəddində cüzi rütubət çatışmazlığı hiss olunur. Fəal temperaturlar cəmi 3200-3500°C-yə bərabərdir.

Burada güclü parçalanmış orta dağlıq enliyarpaq meşə və meşədən sonrakı çəmən-kol landşaft tipləri yayılmışdır.

Rayonda dağ-çəmən, yuyulmuş dağ qaratorpağabənzər karbonatlı dağ qaratorpaq, yuyulmuş qəhvəyi dağ-meşə, tünd dağ-boz-qəhvəyi, dağ-boz-qəhvəyi torpaqlar yayılmışdır.

Meşə torpaqlarından başqa, qalan torpaqlar kənd təsərrüfatı istehsalında istifadə olunur. Bu kadastr rayonu kartofçuluğun əsas bazasıdır. İxtisaslaşmanın ikinci dövrəsi—üzümçülük və taxılçılıqdır. İxtisaslaşma sahələri inzibati rayonlar üzrə bərabər şəkildə paylanmamışdır. Kartofçuluqdan başqa, əsas sahələr qoyunçuluq və maldarlıqdır. Əlavə sahələr taxılçılıq, üzümçülük və bağçılıqdır.[1]

Babadağ-Quton kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Quba, Qusar, Şabran, Şamaxı, Xızı, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Balakən, Oğuz, Şəki rayonlarının yüksək dağ otlaqları daxildir. Ərazinin ümumi sahəsi 201,7 min ha təşkil edir. Bu rayon Böyük Qafqaz təbii vilayətinin bütün yarımvilayətlərində 2500 m-dən yüksək olan əraziləri əhatə edir.

Yağıntıların illik miqdan 1100-1300 mm təşkil edir. 10°-dən yüksək temperaturlar cəmi 800°C-dən aşağıdır. Vegetasiya dövrünün uzunluğu 63 gündür.

Burada intensiv parçalanmış yüksək dağlıq nival, qismən buzlaq landşaftları yayılmışdır.

Burada primitiv dağ-meşə, inkişaf etməmiş dağ-çəmən, sıx çimli dağ-çəmən, dağ-çəmən, yuyulmuş çimli zəif karbonatlı çimli dağ-çəmən, tipik dağ-meşə-çəmən, karbonatlı meşə-çəmən torpaqları yayılmışdır.[1]

Qusar-Qonaqkənd kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının alçaq və orta dağlıq hissələri daxildir. Son tədqiqatlar burada daha bir kadastr vahidi-Xaltan-Xınalıq yarım rayonunu ayırmağa imkan verir. Yeni yarım rayon Qusar, Quba, Şabran, Siyəzən, Xızı inzibati rayonlarının əhalisi kənd təsərrüfatı istehsalı ilə məşğul olan yüksək dağlıq sahələrini əhatə edir. Bütövlükdə rayon Böyük Qafqaz təbii vilayətinin şimal-şərq yamacında yerləşmişdir. Qusar-Qonaqkənd kadastr rayonunun ümumi sahəsi 476,2 min ha, yəni Azərbaycan ərazisinin 5,5%-ni təşkil edir. Əkinə yararlı torpaqların ümuumi sahəsi 41,8 min ha-dır. Bunlardan çoxillik əkmələr 13,3 min ha təşkil edir. 17,7 min ha otlaqlardan ibarət¬dir.Bu rayonda ərazinin hündürlüyü şimalda 250-115 m-dən cənubda 950-1500 m-ə qədər dəyişir.

Burada yanmquraq və yanmrütubətli zonaları fərqləndirmək olar (Md = 0,25-0,45). Yağıntıların orta illik miqdarı 470-670 mm, fəal temperaturlar cəmi isə 3600- 2400°C-dir. İl ərzində vegetasiya dövrünün uzunluğu 190-110 gündür.

Əsas landşaft tipləri güclü parçalanmış dağətəklərində meşə bozqır, meşə; intensiv güclü və orta parçalanmış dağətəklərində—bozqır və quru bozqır; orta dağlıqlarda-enliyarpaq meşə və meşəaltından çıxmış çəmən-bozqır landşaftlarıdır.

Ən çox yayılmış torpaqları qaratorpağabənzər dağ-çəmən, tipik qonur dağ-meşə, tipik qəhvəyi, dağ-meşə, yuyulmuş qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi açıq dağ boz-qəhvəyi torpaqlardır.

Kənd təsərrüfatı ehtiyaclarına yararlı torpaqların sahəsi 145,2 min ha-dır. Bütövlükdə isə bu kadastr rayonu ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının 5,11%-ni və ya 180 min hektarını özündə birləşdirir. Bir dağ ərazisi olaraq rayon güclü eroziya proseslərinə məruz qalmaqdadır. Kənd təsərrüfatı istehsalında əsas yeri meyvəçilik tutur. Meyvə əkmələrinin ümumi sahəsi 119 min ha və ya bütün ölkədəki sahələrin 21,3%-i qədərdir. Meyvə istehsalı isə 100,8 min s (11%) təşkil edir. Əsas ixtisaslaşma sahələri meyvəçilik, heyvandarlıq, üzümçülük, taxılçılıq; əlavə sahələr isə qoyunçuluq, quşçuluqdur.[1]

Dağlıq Şirvan kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Şamaxı, Göyçay, İsmayıllı ve Ağsu inzibatı rayonlarının alçaq vo orta dağlıq əraziləri daxildir. Torpaq-landşaft iqlim və təsərrüfat ixtisaslaşmasını пəzəгə almaqla Mərəzə-Xilmilli yarımrayonu ayrılmışdır. Rayonun ümumi sahəsi 647,58 min ha və ya dik ərazisinin 7,49%-nə bərabərdir. Əkinaltı torpaqlar-92,7 min ha, çoxillik əkmələr-27,8 min ha, dincə qoyulmuş-14,9 min ha, örüş-6,7 min ha, otlaqlar-23,6 min ha təşkil edir. Kənd təsərrüfatı üçün yararlı torpaqlar 370,9 min ha-dır. Rayon Böyük Qafqaz təbii vilayətinin cənub-qərb yamacında yerləşir.

Nəmlik dərəcəsinə görə yanmquraq, yarımrütubətli və rütubətli zonalar müşahidə edilir (Md=0,25-0,45). Mərəzə-Xilmilli yarımrayonu bütövlükdə Dağlıq Şirvandan alçaqdağlılığı və iqliminin quraqlığu ilə seçilir. Yağıntıların orta illik miqdarı 350-580 mm təşkil edir.

Burada zəif və güclü parçalanmış dağətəyi və orta dağlıq yarımsəhra bozqır, quru bozqır, enliyarpaq və meşəaltından çıxmış çəmən-kol və çəmən-bozqır landşaftları yayılmışdır.

Ərazinin landşaft-iqlim xüsusiyyətləri burada tipik qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, tünd dağ-boz-qəhvəyi və dağ-boz-qəhvəyi torpaqların inkişafına şərait yaratmışdır. Kənd təsərrüfatında təbii dağ-qəhvəyi, tünd dağ-boz-qəhvəyi və dağ-boz-qəhvəyi hüdudlarında dəyişir. Vegetasiya dövrünün uzunluğu ərazinin hündürlüyündən asılıdır və torpaqlardan geniş istifadə olunur.

Dağlıq Şirvan ölkənin əsas üzümçülük və taxılçılıq bazasıdır. Bu kadastr rayonunda üzümlüklər 17,1 min ha təşkil edir. Əsas ixtisaslaşma sahələri üzümçülük, taxılçılıq, qoyunçuluq; əlavə sahələr isə ipəkçilik və subtropik meyvəçilikdir.[1]

Dağlıq Qarabağ kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Şuşa, Xocavənd, Xocalı, Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam rayonlarının alçaq və orta dağlıq əraziləri daxildir. Bu kadastr rayonunun ümumi sahəsi 789,8 min ha-dır. Torpaqların ümumi sahəsindən əkin altında 109,1 min ha, çoxillik əkmələr altında 29,8 min ha, örüş altmda 4,6 min ha yerləşir. Kənd təsərrüfatına yararlı torpaqlar bütövlükdə 330,3 min ha və ya ölkə ərazisinin 7,7%-ni təşkil edir.

Apreldən sentyabra kimi fəal temperaturlar cəmi 600-3800°C, illik yağıntıların miqdarı isə 300-900 mm təşkil edir. Şaxtasız günlərin sayı 90-220 arasında dəyişir.

Qəhvəyi dağ-meşə (21,2%), qaratorpaq (7,8%), şa¬balıdı (25,2%) torpaqlar üstünlük təşkil edir.

Ümumilikdə kənd təsərrüfatının hərtərəfli inkişafı üçün kifayət qədər torpaq vardır. Yararlı torpaqların sahələrinin ölçüləri hündürlük qurşaqlığından asılıdır. Bu qanunauyğunluq əkinçilik və heyvandarlıq istehsalı sahələrinin yerləşməsinə öz təsirini göstərir. Kadastr rayonunda dəniz səviyyəsindən 200 m hündürlükdə yerləşən ərazilər vardır. Ancaq üzümçülük və meyvəçilik əsas etibarilə dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşən torpaqlarda yayılmışdır.[1]

Acınohur kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Qax, Şəki, Goranboy, Yevlax ve Samux rayonlarının qış otlaqları sahələri daxildir. Böyük Qafqaz təbii vilayətinin cənub yamaclarında yerləşən rayon Acınohur düzünü və Xocaşen otlaqlarını əhatə edir. Rayonun dəniz səviyyəsindən hündürlüyü Acınohurda 100-500 m, Titçaya qədər olan qərb tərəfdə isə 150-250 m təşkil edir.

Nəmişlik dərəcəsinə görə rayon yanım quraq və quraq zonaya aiddir (Md=0,10-0,25). İllik yağıntıların miqdarı 250-550 mm arasında dəy¬işir. İstiliklə təmin olunma baxımından 10°C-dən yüksək temperaturların cəmi dəniz səviyyəsindən hündürlüklə şərtlənir və 4500-3800° arasında dəyişir. Buranın qışı yumşaqdır (mütləq minimal temperaturların orta kəmiyyəti 10-13°C-dir), vegetasiya dövrünün uzunluğu 222-210 gündür.

Ərazidə orta parçalanmış düzənliklərin və güclü parçalanmış dağətəklərinin bozqır və quru-bozqır landşaftları yayılmışdır.

Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən Ağdaş və Yevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin Türyançay və Əlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur. Qoruğun ərazisinin 73%-i arid-seyrək meşələr, 26%-i ilə bozqır landşaftlardır.

Türyançay qoruğunda təkcə ağac və kol bitkilərinin 60-a yaxın növü qorunur. Qorunan əsas ağac növləri, ardıc və saqqız (yabanı püstə) ağaclarıdır. Həmçinin tək-tək gürcü palıdına, qarağac, gürcü ağcaqayınına, qoruq ərazisindən keçən çayların sahillərində isə qovaq, söyüd və başqalarına rast gəlinir. Adətən ardıc meşəliyi məhv olan yerlərdə quru-çöl formasiyası inkişaf edir. Qoruqda bitən adi nar, adi üzüm Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Hazırda yalnız Türyançay dövlət təbiət qoruğu Acınohur öndağlığının landşaft ekoloji müxtəlifliyi üçün etalon sayıla bilər.

Tədqiq olunan ərazinin ən böyük gölü olan Acınohurun iqlimin mülayimləşməsində, ekoloji müxtəlifliyin zənginləşməsində mühüm rolu vardır. Buradakı su-bataqlıq quşları və digər vəhşi heyvanlar ətraf dominant yarımsəhra landşaftının biomüxtəlifliyinin artmasında vacib mənbə sayıla bilər. Son zamanlar gölün su aynasının tədricən kiçilməsi yeni ekoloji böhran ocağının yaranması üçün əsas səbəbdir.

Acınohur öndağlığında landşaft ekoloji müxtəlifliyin mühafizəsi və onun daha da artırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

  • - Acınohur gölündəki qızıl qazları və fauna növlərini qorumaq məqsədi ilə “Acınohur” yasaqlığının yaradılması məqsədəuyğundur;
  • - İntensiv taxılçılıq sahələrini genişləndirərkən 4-5 zolaqlı tarla qoruyucu meşə zolaqlarının yaradılması;
  • - Nadir təbiət abidələrini, yaşlı, ekzotik tək ağacları, çay dərələri boyunca formalaşmış çay-dərə landşaftlarını, həmçinin ekotonları qorumaq məqsədi ilə proqram-layihələrin hazırlanması;
  • - Meşəsizləşmiş yamaclarda yerli ağac cinsləri (saqqız ağacı, yabanı armud, uzunsaplaq palıd və s.) əsasında meşə əkinlərinin genişləndirilməsi.[2]

Ərazidə başlıca olaraq dağ-şabalıdı (dağ-boz-qəhvəyi), şabalıdı, tünd şabalıdı (boz-qəhvəyi) və başqa torpaqlar yayılmışdır.

Əsas təbii sərvəti-qış otlaqlarıdır. Əsas ixtisaslaşma sahəsi otlaq heyvandarlığı (qoyunçuluq), yem istehsalıdır. Meyvəçilik, taxılçılıq, üzümçülük rayonun köməkçi sahələri hesab edilə bilər.[1]

Lerik-Yardımlı kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Lerik, Yardımlı, Lənkəran, Astara rayonlarının torpaqları, Masallı rayonunun alçaq və orta dağlıq əraziləri daxildir. Rayonun ümumi sahəsi 338,6 min ha-dır (Azərbaycanın ümumi ərazisinin 3,9%-i). Onlardan 19,2 min ha əkin sahələri, 13,7 min ha çoxillik əkmələr, 5,1 min ha dincə qoyulmuş torpaqlar, 8,7 min ha örüşlərdir.

İqlim xüsusiyyətlərinə görə bu rayon subtropiklərlə yumşaq iqlim arasında keçid qurşağında yerləşir.

Torpaq örtüyündə qəhvəyi dağ-meşə, sarı, şabalıdı və başqa torpaqlar üstünlük təşkil edir.

Kənd təsərrüfatı ehtiyaclar üçün yararlı olan torpaqların ümumi sahəsi 125,2 min ha-ya bərabərdir. Bu torpaqlar inzibati rayonlar arasında bərabər paylanmamışdır. Üzümçülük və subtropik meyvəçilik xüsusi yer tutur. Kənd təsərrüfatı istehsalının əsas sahələri çayçılıq, heyvandarlıq, tütünçülük, əlavə sahələri isə tərəvəzçilik, üzümçülük, taxılçılıq, sitrus meyvəçiliyidir.

Qanıx-Türyançay kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının düzən hissələri daxildir. Böyük Qafqaz təbii vilayətinin cənub yamacı yarımvilayətində yerləşməklə rayon əsasən Qanıx-Əyriçay çökəkliyini və Daşüz dağ silsiləsini əhatə edir.Kadastr rayonunun ümumi sahəsi-607,0 min ha-dır. Əkin altmda 132,3 min ha, o cümlədən çoxillik əkmələr-31,7 min ha, dincə qoyulmuş-2,1 min ha, otlaqlar altında-28,7 min ha yerləşir.

Nəmlik dərəcəsinə görə bu rayon yanmquraq zonadır (Md = 0,25 - 0,45). İllik yağıntıların miqdarı 400-870 mm arasın¬dadır. Fəal temperaturlar cəmi 4300-3800°C təşkil edir. Qışı yumşaqdır. Vegetasiya dövrünün uzunluğu 216-218 gündür.

Rayonun qərb hissəsində zəif parçalanmış dağarası düzənliklərində çəmən-meşə landşaftları, şərqində isə quru və yanmquru landşaft tipi yayılmışdır.

Ərazinin relyef və iqlim şəraiti burada karbonatlı çəmən-qəhvəyi, tipik çəmən-qəhvəyi, karbonatlı çəmən-meşə və bataqlıq-çəmən torpaqlarının inkişafına şərait yaratmışdır.

Kənd təsərrüfatına yararlı torpaqlar 230,9 min ha təşkil edir. Kənd təsərrüfatı məhsullarının ixtisaslaşması sahəsində bu rayon ölkənin ən mühüm rayonlarından biridir. Xüsusi halda bu kadastr rayona tütün istehsalı üzrə iri ixtisaslaşmış rayonlardan sayılır. Perspektiv istiqamətlərini, çayçılıq və çuğundurçuluq təşkil edir. Əsas ixtisaslaşma sahələri tütünçülük, meyvəçilik, taxılçılıq; əlavə sahələri isə ipəkçilik, heyvandarlıq, üzümçülükdür.[1]

Mil-Qarabağ kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Bərdə, Ağcabədi, İmişli, Beyləqan. Tərtər rayonları bütövlükdə Ağdam, Ağdərə və Xocavənd rayonlarının isə düzən əraziləri daxil edilmişdir. Ümumi sahəsi 758,2 min ha olub, Azərbaycan ərazisinin 8,77%-ni təşkil edir. 271,8 min ha əkinlərdən, 21,4 min ha çoxillik əkmələrdən, 217,4 min ha otlaqlardan ibarətdir. Ümumilikdə 515,6 min ha kənd təsərrüfatı ehtiyacları üçün yararlı torpaqlardan ibarətdir. Əkin torpaqları Bərdədə - 49,1 min ha, Ağcabədidə - 53,7 min ha, İmişlidə - 40,3 min ha təşkil edir. Ən az əkin torpaqları Tərtər rayonundadır. Bu əraziyə Qarabağın düzən və dağətəyi yerləri, Mil düzü daxil olur.

Nəmlik dərəcəsinə görə ərazi yarımquraq zonaya aid¬dir (il ərzində Md=0,10-0,15 ). Yağıntıların miqdarı 250-450 mm-dir. Rayon istiliklə kifayət dorocədə tə¬min olunmuşdur. l0°C-dən yüksək temperaturlar comı 4700-3800° təşkil edir. Vegetasiya dövrü 226-211 gündür. Qalıq temperaturlar ehtiyacı 300-1900 dərəcə C-dir.

Burada yarımsəhra quru bozqır landşaft tipləri üstünlük təşkil edir.

Ərazidə tünd boz-qəhvəyi, açıq boz-qəhvəyi, çəmən-boz, çəmənləşmiş boz, açıq boz, primitiv boz, subasar çəmən-meşə, çəmən-subasar və bataqlı-çəmən torpaqları yayılmışdır.

Kənd təsərrüfatında boz-qəhvəyi, çəmən-boz və boz torpaqlardan geniş istifadə olunur.[1]

Aran-Şirvan kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu qiymətləndirilmə rayonuna Zərdab, Kürdəmir, Ucar, Yevlax, Ağdaş rayonları bütövlükdə, Göyçay və Ağsu inzibati rayonlarının isə düzən əraziləri daxildir. Bu kadastr rayonunda torpaqların ümumi sahəsi 601,0 min ha (6,95%) təşkil edir. Bu rayonda 214,7 min ha (35,7 %) əkin sahələri, 15,9 min ha çoxillik əkmələr, 4,4 min ha dincə qoyulmuş torpaqlar, 3.6 min ha örüşlər cəmlənmişdir. Şirvanın aran və dağətəyi hissələrini əhatə edir.

Nəmlik dərəcəsinə görə (Md =0,10-0,15) ərazi yarımquru zonaya aiddir. Yağıntıların orta illik miqdarı 250-450 mm təşkil edir. Rayon tamamiylə istiliklə təmin olunmuşdur. 10°-dən yüksək temperaturlar cəmi 4700-3800 dərəcəyə bərabərdir. Bununla bağlı olaraq burada qış yumşaq keçir. Vegetasiya dövrünün uzunluğu 226-211 gündür.

Ərazidə əsas etibarilə tünd boz-qəhvəyi, açıq boz-qəhvəyi, adi boz-qəhvəyi, çəmən-boz, çəmənləşmiş boz, açıq boz, ibtidai boz, subasar çəmən-meşə, subasar-çəmən və bataqlıq-çəmən torpaqları yayılmışdır.

Başlıca landşaft tipləri yarımsəhra və orta parçalanmış quru bozqırdır.

Kənd təsərrüfatında boz-qəhvəyi, çəmən-boz, boz torpaq tiplərindən xüsusilə geniş istifadə olunur. Meliorativ çatışmazlıqları şorakətlilik və şorluqdur. Bu kadastr rayonunun aparıcı istehsal sahəsi pambıqçılıqdır. O, bütün inzibati rayonlarda inkişaf etmişdir.[1]

Laçın-Qubadlı kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Buraya Zəngilan, Laçın, Qubadlı və Kəlbəcər rayonlarının alçaq və orta dağlıq əraziləri daxildir. 370,5 min ha-ya bərabər olan ümumi sahəsi ölkə ərazisinin 4,2%-ni təşkil edir. Torpaq ehtiyatlarının 25,5 min ha-nı əkinaltı, 166 min ha-nı çoxillik əkmələr təşkil edir. 6,1 min ha dincə qoyulmuş, 12,8 min ha örüşlərdən ibarətdir. Otlaq və biçənəklər 407,4 min ha-dır. Kənd təsərrüfatı istifadəsi üçün yararlı olan 157,6 min ha torpağı vardır. Rayon Kiçik Qafqaz təbii vilayətinin qərb yamacında, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə yerləşir.

İqlimi quru soyuq qışla yumşaq isti yay arasında dəyişir. Fəal temperaturların cəmi 600- 3800°, yağıntıların miqdarı 390-900 mm, şaxtasız günlərin sayı 145-240 arasında dəyişir.

Ərazidə qəhvəyi dağ-meşə, qonur dağ-meşə və başqa torpaqlar yayılmışdır.

Əsas istehsal sahələri tütünçülük, heyvandarlıq, kartofçuluq və qoyunçuluqdur. Taxılçılıq, üzümçülük, ipəkçilik və bağçılıq əlavə sahələri təşkil edir.[1]

Peştəsər-Burovar kadast rayonu[redaktə | mənbəni redaktə et]

Bu rayona yüksək dağlıq ərazilər (otlaqlar) daxildir. Ümumi sahəsi 10,4 min ha olan ərazinin 4,1 min ha Lerik, 3,1 min ha Astara, 2,2 min ha Yardımlı rayonlarının payına düşür. Otlaqlar İranla həmsərhəd zonada yerləşdiyi üçün onlardan istifadə etmək çətindir.

Burada başlıca olaraq çimli bozqırlaşmış dağ-çəmən, bozqırlaşmış çəmənləşmiş dağ-meşə torpaqları yayılmışdır. Otlaqlar heyvandarlıq üçün yararlıdır.

Arazboyu kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Bu kadastr rayonuna Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının düzən və qismən dağətəyi torpaqlan daxildir. Rayonun ümumi sahəsi 96,5 min ha-dır. Bu isə ölkə ərazisinin 1,1, torpaq fondu sahəsinin isə 10,3%-ni təşkil edir. 13,1 min ha otlaq və biçənəklərdən ibarətdir. Əkinaltı torpaqların sahəsi Füzulidə-5,5 min ha, Cəbrayılda-3 min ha, Zəngilanda isə 2,5 min ha-dır. Rayon Kiçik Qafqaz təbii vilayətinin cənub ətəklərini əhatə edir.

Nəmlik dərəcəsinə görə rayon quru və qismən quraq zonaya daxil olur (Md = 0,10-0,20). Qeyri-bərabər paylanmış yağıntıların illik miqdarı 360-630 mm arasında tərəddüd edir. İsti qurşaqda yerləşmiş bu rayonda fəal temperaturlar cəmi 4500-3800° təşkil edir. Qışı isti keçir. Vegetasiya dövrünün uzunluğu 210-192 gündür

Burada orta parçalanmış düzənliklərin quru bozqırları, güclü və orta parçalanmış dağətəyi bozqırlar, quru bozqırlar, orta meşə-kol landşaftları yayılmışdır

Ərazidə başlıca olaraq boz torpaqlar yayılmışdır. Eroziya prosesləri və şorakətlik güclü inkişaf etmişdir.

Bu rayon üzümçülük, taxılçılıq və heyvandarlıq baxımından böyük əhəmiyyət daşıyır. Bütün ölkədəki üzümlüklərin 9,6%-i buradadır, taxılçılıq (15%) isə Füzuli rayonunda cəmlənmişdir. Beləliklə, kənd təsərrüfatının əsas sahələri üzümçülük, taxılçılıq, heyvandarlıqdır. Əlavə sahələr qoyunçuluq, ipəkçilik, bağçılıqdır.[1]

Şərur-Ordubad kadastr rayonu[redaktə | mənbəni redaktə et]

Buraya Şərur, Babək, Sədərək, Culfa, Ordubad inzibati rayonlarının düzən və qismən dağətəyi torpaqları daxildir. Ərazinin ümumi sahəsi 208,8 min ha və ya ölkə ərazisinin 2,4%- i qədərdir. Ümumi sahədən 16,9 min ha əkin sahələri­nin, 7,2 miır ha çoxillik əkmələrin, 30,5 min ha otlaq və biçənəklərin payına düşür. Bütövlükdə kənd təsər rüfatına yararlı torpaqlar 67,1 min ha təşkil edir. Rayonlarda taxıl əkinlərinin 2%-i yerləşmişdir. Əsas ixtisaslaşma sahələri tütünçülük, üzümçülük, heyvandarlıq, əlavə sahələr isə qoyunçuluq, meyvəçilikdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Qərib Məmmədov, Azərbaycan Respublikasının Dövlət Torpaq Kadastrı, Bakı,Elm 2003, səh 261-263
  2. Azərbaycan Respublikasının fiziki coğrafiyası, I cild, Bakı 2016, 529 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]