Azərbaycan–Butan münasibətləri

Azərbaycan-Butan münasibətləri — İki ölkə arasında diplomatik əlaqələr 7 fevral 2013-cü ildə qurulmuşdur.[1]

Azərbaycan-Butan münasibətləri
 Azərbaycan  Butan

Dekabr 2015-ci ildə Butanın Baş naziri Lyonçen Tşerinq Tobqay Yeni il münasibətilə Azərbaycanın Baş naziri Artur Rasizadəyə təbrik məktubu ünvanlamışdır.[1]

Qarşılıqlı səfərlər

[redaktə | mənbəni redaktə et]

Səfir İ.Hacıyev 7 avqust 2014-cü ildə Butan Kralı Ciqme Xesar Namqyel Vanqçuka etimadnaməsini təqdim etmiş, səfər çərçivəsində Parlamentin sədri Ciqme Zanqpo, Baş nazirin vəzifələrini icra edən Damço Dorci, Xarici işlər üzrə Katib Yaşey Dorci, Maliyyə məsələləri üzrə Katib Lam Dorci ilə görüşmüşdür. Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Butanın Maliyyə naziri Namgay Dorji iştirak etmişdir.[1]

14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Butan hökumətinə minnətdarlıq bildirilmişdir.[1]

“Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Butandan olan qalibi S.Vangdi Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.[1]

  1. 1 2 3 4 5 "Azərbaycan-Butan ikitərəfli münasibətləri". 2018-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.