Azərbaycan Şəkər İstehsalat Birliyi

Azərbaycan Şəkər İstehsalat BirliyiAzərbaycanda şəkər tozu, kəllə qənd və qənd məhsulları istehsalı ilə məşğul olan müəssisə.

Azərbaycan Şəkər İstehsalat Birliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye 70 ha
Təsis tarixi 2006
Baş qərargahın yeri Azərbaycan Azərbaycan
asib.az

Tarixi[redaktə | mənbəni redaktə et]

İmişli Şəkər Zavodu 2006-cı ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Azərbaycanın ilk şəkər fabrikinin inşaat işləri Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən 2003-cü ildə, İmişli rayonunda 70 hektarlıq ərazidə başladılıb və 27 ay davam edib. Müəssisənin əsas istehsalat sahəsi isə 17.9 hektar təşkil edir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2008-ci ildən müəssisənin məhsuldarlığının artırılması üçün istehsalat avadanlıqlarının yenidənqurma işlərinə başlanılıb və 2010-cu ildən etibarən xam şəkər emalı üzrə gündəlik 1800 ton maksimal məhsuldarlığa nail olunub. Kəllə qənd məhsullarının istehsalının təşkili məqsədilə 2012-ci ildə Kəllə Qənd Fabriki istismara verilib. 2014-cü ildə isə "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən qənd istehsalı sexi İmişliyə köçürülüb. Şəkər çuğunduru emal gücünün artırılması məqsədilə aparılan rekonstruksiya işlərinin başlaması nəticəsində müəssisənin şəkər çuğunduru üzrə gündəlik emal gücü 10000 tona çatdırılıb.[2][3]

Azərşəkər[redaktə | mənbəni redaktə et]

2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı. 2011-ci ildən etibarən isə İmişli Kəllə Qənd Zavodunda istehsal olunan "Azərşəkər" qənd məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə də ixrac olunmağa başladı. 2006-cı ildən etibarən bazara təqdim edilən "Azərşəkər" öz keyfiyyəti ilə qazandığı istehlakçı etimadını hələ uzun illər davam etdirməyə qadir bir markadır.

Azərşəkər

Ümumiyyətlə şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar əlavələrin olub-olmamasına görə müəyyən edilir. "Azərşəkər" markalı məhsullar mükəmməl dadı, unudulmaz şirinliyi, gözəl rəngi, xoş görünüşü və forması ilə qənd sevən insanların tələbatını yüksək səviyyədə ödəməyə qadirdir.

Marketinq Konsepsiyası[redaktə | mənbəni redaktə et]

"Azərşəkər" – Keyfiyyətin adı! •Ölkəmizin keyfiyyətli kəllə qəndə olan tələbatının qarşılanması məqsədilə 2011-ci ildən yüksək texniki və texnoloji standartlara cavab verən, müasir infrastruktur və avadanlıqlarla təchiz edilmiş İmişli Kəllə Qənd Fabrikində istehsal olunan Azərşəkər məhsulları öz keyfiyyəti və dadı ilə həqiqətən də rəqiblərindən seçilir. •Yüksək keyfiyyətə sahib olan Azərşəkər məhsulları öz mükəmməl dadı, unudulmaz şirinliyi, xoş görünüşü və münasib ölçüdə doğranmış və qablaşdırılmış formaları ilə qənd həvəskarlarının tələbatını ən yüksək səviyyədə ödəməyə qadirdir. •Tam təbii və qatqısız şəkildə, həmçinin yüksək gigiyenik şərtlərə uyğun olaraq istehsal olunan Azərşəkər Kəllə Qəndlərinin əsas keyfiyyət göstəricilərindən biri də rəqiblərdən fərqli olaraq onların bəmbəyaz olmasıdır. Bu isə, Azərşəkər məhsullarının müasir texnologiya əsasında və yüksək keyfiyyətli xammalın emalı ilə əldə olunmasının əsas göstəricisidir. •Azərşəkər Qənd məhsulları hazırda daxili bazarda satışa verilməklə yanaşı Orta Asiya, Rusiya, Yaxın Şərq, Gürcüstan və s. ölkələrə də ixrac olunur. •Azərşəkər Qənd məhsulları çesidlərində istehlakçıları düşünərək rahat istifadəli qablaşdırmalar xüsusi olaraq nəzərə alınmışdır. Azərşəkər məhsulları içərisində qidaya uyğun qablaşdırmalarda müxtəlif kəllə qənd çeşidləri mövcuddur.

AŞİB Aqro[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Şəkər İstehsalat Birliyi" (AŞİB-AQRO) 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. İllik istehsal gücü 300.000 ton olan müəssisə 200 hektar ərazini əhatə edir və burada 45–50 nəfərə qədər işçi çalışır.[4]

Müəssisə xammal olaraq şəkər çuğundurunu ətraf bölgələrdə fəaliyyət göstərən fermerlərlə bağladığı müqavilə əsasında satın alır. Təbii ki, bu da bölgədə sahibkarlığın inkişafına öz töhfəsini verir. Bununla yanaşı, müəssisədə fermerlərə şəkər çuğunduru aqronomiyası və aqrotexniki xidmətlər də göstərilir.[5]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Müəssisənin əsas markası "Azərşəkər" markasıdır. Şəkər tozu, kəllə qənd və qənd məhsulları "Azərşəkər" markası adı altında istehsal edilməkdədir. Bununla yanaşı, müəssisədə "Final", "Evim" və "Richmond" markaları da istehsal olunur. İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur.[6]

İmişli Şəkər Zavodu Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşılayır. Müəssisə, həm gündəlik istehlak, həm də sənaye tələbatını qarşılamaq üçün müxtəlif xüsusiyyətlərdə şəkər istehsal edir. Müəssisədə kola, meyvə şirəsi, kompot, qənnadı və şirniyyat məhsulları istehsalçılarının tələblərinə uyğun şəkər tozu istehsal edilir. İxracat bazarları arasında Qazaxıstan, Qırğızıstan, İraq, Türkmənistan, Gürcüstan və Tacikistan kimi ölkələr yer alır.[7] Kəllə Qənd Fabrikində gündəlik xalq tələbatı üçün kəllə qənd və presslənmiş qənd istehsal edilərək bazara təqdim edilir. Müəssisənin geniş profildə qablaşdırma çeşidlərinin olması məhsulların müxtəlif tələbat qruplarına təklif edilməsinə imkan yaradır.

Azərbaycan Şəkər İstehsalat Birliyi həm İmişli rayonu, həm də yaxın rayonların məşğulluğuna da öz töhfəsini verir. Regionda yüzlərlə vətəndaş xammal və hazır məhsulların nəqliyyatı sektorunda işlə məşğuldur. Şəkər çuğunduru əkilən sahələrdə minlərlə işçi və kənd təsərrüfatı texnikası işləyir. Müəssisədə təqribən 1000 nəfər daimi iş yeri ilə təmin olunub. Bundan əlavə çuğundur mövsümündə 200–300 nəfər işçi mövsümlük olaraq işə götürülür.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tarixçə". 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  2. Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
  3. "Jurnalistlər İmişli Şəkər Zavodunda — Fotolar". 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  4. İMİŞLİ ŞƏKƏR ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
  5. İmişli Şəkər Zavodu MDB məkanında ən böyük müəssisədir
  6. Azərbaycan Şəkər İstehsalat Birliyi 400 min ton şəkər çuğunduru gözləyir
  7. Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti nəticəsində xaricdən idxal edilən melas məhsulu yerli xammalla əvəz ediləcək
  8. "İmişli Şəkər Zavodunun nizamnamə kapitalı yenidən artırılıb". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.