"Azərbaycan" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən kinoteatr.[1] Xurşidbanu Natəvanın heykəlinin arxasında yerləşir. Sovet dövründən istifadəyə verilmiş kinoteatr müstəqilliyin ilk on illiyində də fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikasının prezidentinin 23 avqust 2006-cı il 1635 saylı sərəncamı əsasında özəlləşdirilmişdir[2]. 31 oktyabr 2011-ci ildən təmirə saxlanılaraq fəaliyyətini dayandırmışdır[3].
Azərbaycan | |
---|---|
| |
Ümumi məlumatlar | |
Növü | Kinoteatr |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
2016-cı ilin dekabrından yeni təmirdən çıxmış və “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinin tərkibində Azərbaycan kinoteatrı tamamilə yenidən qurularaq fəaliyyətini bərpa etmişdir. Dünya stardartlarına cavab verən iki mərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolarla təchiz olunub.[4]
Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin, əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb.[4]