Azərbaycan Arxeoloji Komitəsi (AAK; Азәрбајҹан Археоложи Комитәси) — Azərbaycan SSR-də tarixi abidələri qeydə almaq, mühafizə etmək və öyrənməklə məşğul olmuş komitə. Azərbaycan Arxeoloji Cəmiyyəti və Abidələri Mühafizə Komissiyasının birləşdirilməsi nəticəsində, 1923-cü ildə yaradılmışdır. Sədri Tağı Şahbazi Simurğ olmuşdur. Akademik Vasili Bartold komitəyə fəxri üzv seçilmişdi. 3 may 1925-ci ildə AAK-ın nizamnaməsi təsdiq olunmuşdur. AAK Abşeron, Lənkəran, Salyan və s. yerlərdə tədqiqat işləri aparmışdı. AAK-ın "Xəbərləri" nəşr olunurdu. 1927-ci ildə Azərbaycanda Asari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsinə çevrilmişdir. 1930-cu ildə bu komitə ləğv olunmuş, səlahiyyəti abidələri mühafizə edən Azərbaycan mərkəzi idarəsinə verilmişdir.[1]
Azərbaycan Arxeoloji Komitəsi | |
---|---|
Yaranma tarixi | 1923 |
Ləğvolma tarixi | 1927 |
Mərkəzi | |
Sədr | Tağı Şahbazi Simurğ |