Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu.
Baytarlıq Elmi-Tədqiqat İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1935 |
BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır.
İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər.
İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır.
Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir.
İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
İribuynuzlu heyvanların teyleriozunun törədicisi (Abşeron ştammı) dünyada ilk dəfə Azərbaycanda 1903-cü ildə müəyyən edilmişdir.
Həmin vaksin 1954-cü ildə təkmilləşdirilmiş və hidrokis–alüminium vaksini adı ilə istehsal edilmişdir. Vaksinlə keçmiş SSRİ-nin 12 ittifaq respublikalarının təsərrüfatlarında 1999-cu ilədək milyarddan çox heyvan peyvənd edilmişdir.
Dünyada ilk dəfə qoyunların listerioz xəstəliklərinə qarşı vaksin 1965-ci ildə hazırlanmış, onunla Rusiya və Qazaxıstanın 56 vilayətində 1965–1978-ci illərdə milyonlarla qoyun peyvənd edilmişdir.
Quşların çiçək xəstəliyinə qarşı "27-AŞ" vaksini SSRİ-də birinci dəfə AzETBİ-də hazırlanmış və Azərbaycanda geniş tətbiq edilmişdir. Vaksin həmçinin 1980-ci ildən SSRI-nin 8 respublikasında, sonralar isə Rusiya Federasiyasında 100 milyondan çox toyuq üzərində tətbiq edilmişdir.
İnstitutda iksodid və qotur gənələrinə qarşı, dezinfeksiyaedici göbələk əleyhinə preparatlar və "Azolyat-A" səthi–real maddə sınaqdan keçirilmişdir. Onların çoxu neçə illər tətbiq edilmiş və bir neçə müəlliflik şəhadətnaməsi alınmışdır.
Protozoologiya və araxno-entomologiya sahəsində çalışan alimlər tərəfindən kənd təsərrüfatı heyvanlarının və quşların xəstəliklərinin törədicilərinin biologiyasının, epizootologiyasının, müalicə və profilaktikasının öyrənilməsi barədə işlək və tətbiq etməkdə əvəzsiz elmi işlər aparılmışdır.
Respublikada ilk dəfə Romanada heyvandarlıq sovxozunda rüşeymin köçürülməsi üzrə iş aparılmış (Milli Akademiyanın Zoologiya İnstitutu ilə birlikdə) və 13 transplantat buzov alınmışdır (1984–1989).
Quşların kolibakterioz xəstəliyinə qarşı 1998–2002-ci illərdə effektli vaksin hazırlanaraq istehsalat sınağından çıxarılmış və geniş tətbiq edilməsi təklif edilmişdir.