Azərbaycan Bitki Mühafizə Stansiyası (Азәрбајҹан Битки Мүһафизә Стансијасы) — Azərbaycan SSR-də kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəliklərinə qarşı mübarizə tədbirləri hazırlayan, yeni zəhərli preparatlar sınaqdan keçirən və istehsalata təklif verən elmi müəssisə. 1930-cu ildə təşkil edilmişdir. Maştağa qəsəbəsində yerləşirdi. Ümumittifaq Kənd Təsərrüfatı Bitki Mühafizəsi İnstitutunun tərkbinə daxil idi. Entomologiya, fitopatologiya, helmintologiya və toksikologiya laboratoriyaları var idi.[1]
Azərbaycan Bitki Mühafizə Stansiyası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1930 |