Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri (qəzet)

Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri qəzeti, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı.

"Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar 1918 il iyulun 3-də qəbul edilmişdir. "Xəbərlər"in avadanlıqla təminatı ərzaq nazirliyinə, nəşri Xalq Maarifi Nazirliyinə həvalə edilmişdi. İlk nömrəsi 1919 il yanvarın 25-də çıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə həftədə iki nömrəsi Azərbaycanrus dillərində buraxılırdı.

"Xəbərlər"də, əsasən, Hökumətin qərarları, nazirliklərin sərəncam, əmr və təlimatları, ayrı-ayrı şəxslərin vəzifəyə təyin və ya azad edilmələri barədə məlumatlar, elanlar və s. dərc edilirdi.