Azərbaycan Coğrafiya Cəmiyyəti

Azərbaycan Coğrafiya Cəmiyyəti 1939-cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957-ci ildə Cəmiyyətin I Qurultayında onun nizamnaməsi qəbul edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır. Fəalliyəti dövründə cəmiyyətin üzvləri coğrafiya və ona yaxın elm sahələrində fundamental və tətbiqi elmi tədqiqatlar aparmış, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisinin təşkilini təmin etmişlər. Ölkədə təbiəti mühafizə və coğrafi biliklərin geniş təbliği ilə məşğul olmuşlar. Cəmiyyətin rəyasət heyəti, prezidenti, elmi katibi fəalliyət göstərir. Cəmiyyətin prezidenti vəzifəsində uzun müddət akad. M.A.Qaşqay, AMEA müxbir üzvü Q.K.Gül, akad. H.Ə.Əliyev və akad. B.Ə.Budaqov kimi görkəmli alim-ictimai xadimlər çalışmışlar. Hazırda Cəmiyyətin prezidenti AMEA-ın müxbir üzvü, professor R.M.Məmmədovdur.

Azərbaycan Coğrafiya Cəmiyyəti
Azərbaycan Coğrafiya Cəmiyyəti
Azərbaycan Coğrafiya Cəmiyyəti
Növü QHT
Fəaliyyəti coğrafi tədqiqatlar
Yaranma tarixi 1939
Qeydiyyat tarixi 2002
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Azərbaycan Azərbaycan, Bakı, AMEA Coğrafiya İnstitutu
Yarandığı yer Azərbaycan Azərbaycan
Fəaliyyət göstərdiyi yer Azərbaycan Azərbaycan
Prezident Ramiz Məmmədov (akademik)
gsaz.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda öz sıralarında ölkəmizin aparıcı coğrafiyacı, ekoloq və digər mütəxəssisləri birləşdirən Azərbaycan Coğrafiya Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-coğrafiya, ekologiya və ona yaxın elm sahələrində çalışan mütəxəssislər arasında koordinasiyaya nail olmaq;

-respublikada coğrafiya, ekologiya, təbii-dağıdıcı proseslər və onların yaratdığı risk və təhlükələrin, proqnozlaşdırılması və qarşısının alınmasının istiqamətində elmi tədqiqatların təşkili;

-təbii və texnogen mənşəli fəlakətlərin coğrafi yayılmasını ölkə, müxtəlif regionlar və rayonlar miqyasında tədqiqini təşkilini, müvafiq dövlət orqanlarını və əhalini bu haqda məlumatlandırılmasını, əhali arasında ekoloji maarifləndirmənin aparılmasının təşkili;

-respublikada coğrafiyanın və ona yaxın elmlərin ali və orta məktəblərdə tədrisinin təkmilləşdirilməsinə və coğrafi-ekoloji biliklərin ölkə ictimaiyyəti arasında yayılmasına kömək göstərmək;

-Xəzər dənizi, onun ekoloji şəraitinin təbii ehtiyatlarının tədqiqinin təşkili və bu haqda biliklərin təbliği;

-Azərbaycanın coğrafiyasına, ekoloji şəraitinə, təbii risk və təhlükələrin tədqiqinə və digər problemlərə aid elmi-praktiki konfransların təşkili, elmi-publisistik jurnalların nəşri, müvafiq filmlərin hazırlanması, vətəni tanımaq və sevmək hisslərinin aşılanması.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]