Azərbaycan Dövlət Dəmir Yolu Liseyi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ilk peşə-ixtisas təhsili müəssisəsi[1]
Dəmir Yolu Liseyi | |
---|---|
Azərbaycan Dövlət Dəmir Yolu Liseyi | |
Əsası qoyulub | 1923 |
Tip | ilk peşə-ixtisas təhsili müəssisəsi |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Təbriz küçəsi, 19 |
Dövlət Dəmir Yolu Liseyinin tarixi 1923-cü ildən başlayır. Belə ki, bu təhsil ocağı həmin ildən fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamışdır. 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 2 nömrəli Bakı Peşə Məktəbi ilə birləşdirilmiş və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır[2].
1969-cu ildən burada şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. 1969-cu ildən bu günə kimi liseydə "elektrovozun maşinist köməkçisi", "teplovozun maşinist köməkçisi", "dəmiryol stansiya növbətçisi", "sərnişin vaqonlarının bələdçisi", "bilet (yük) kassiri", "yük və baqaj qəbul-təhvilçisi", "metropoliten elektrik qatarlarının maşinist köməkçisi" ixtisasları üzrə 40 minə yaxın ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Ötən illər ərzində liseyin nəzdindəki orta məktəb uğurlu nəticələri ilə tanınıb. Hazırda tam orta məktəbdə 300-dən çox şagird təhsil alır. Hər il məzunların təxminən 50 faizi müxtəlif ali məktəblərə qəbul olunur. Liseyin tanınmış, adlı-sanlı məzunları da kifayət qədərdir.
28 il — 1985-ci il avqustun 2-dən 2013-cü ilin dekabr ayına qədər liseyin direktoru Fərrux Baba oğlu Abbasov olmuşdur[3].