Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi — Azərbaycan hökumətinin qərarı ilə Xalq Torpaq Komissarlığının təşəbbüskarlığı ilə yaranmışdır. İlk olaraq, "Kənd Təsərrüfatı və Sənaye İstehsalat" satış sərgisi kimi fəaliyyət göstərmişdir. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyət göstərməyə başlayıb. 1924-cü ildə fəaliyyətini muzey olaraq davam etdirmişdir. Dünyanın 5 ölkəsində Macarıstan, Bolqarıstan, Çin, Amerika və Azərbaycanda kənd təsərrüfatı muzeyləri vardır. Muzey 2014-cü ildən Yuneskonun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Muzey Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir.[2]
Kənd Təsərrüfatı Muzeyi | |
---|---|
Kənd Təsərrüfatı Muzeyi | |
Əsası qoyulub | 1924 |
Mövzu | Kənd təsərrüfatı |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı |
Kolleksiyası | 9538 (əsas fond), 1041 (əlavə fond).10579(daxil olma) [1] |
Muzeyə yetişmək | Azadlıq metrosu |
Telefon | (99412) 561-49-17 |
İş rejimi | Bazar ertəsi - cümə. |
Bilet | xidmət pulludur |
40°25′43″ şm. e. 49°50′36″ ş. u.HGYO | |
kendteserrufatimuzeyi.az/… |
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi Qida Təhlükəsizliyi İnstitutununi binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 11.000(on bir mindən) çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII–XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.
Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Hazırda ekspozisiya 500 m² sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Muzeyin yerləşdiyi bina təmir olunmuş və ekspozisiya zalları dünya standartlarına uyğun səviyyədə ən müasir maketləşdirilmiş formada tərtib olunmuşdur. 200 m²-lik inzibati və iş otaqları tam təmir edilmişdir. Muzeydə 5640 foto neqativ, 260 məişət və etnoqrafiya, 37 rəsm əsəri, 35 tətbiqi incəsənət nümunələri və s. vardır. Muzeyə giriş pulludur.[3]