Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsi

Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Energetika fakültəsi (EF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biri.

Energetika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universiteti
Yaradılma tarixi 1921
Dekan Aydın Əliyev
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt asoiu.edu.az/faculty_e_p…

Azərbaycanda energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Bakı Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində başlanıb. Fakültənin yaranması və inkişafında, elmi kadrların və ali təhsilli mütəxəssislərin hazırlanmasında təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq göstərmiş görkəmli alim və pedaqoqlardan professorlar A.A. Axundov, S.N. Usatıy, B.P. Albitskiy, A.Ə. Əfəndizadə, Ç.M. Cuvarlı, B.M. Plyuş, A.A. Spirin, Ə.M. Məmmədov, K.V. Pokrovskiy, K.N. Quluzadə, Z.İ. Kazımzadə, P.B. Rüstəmzadə, F.H. Hüseynov, İ.Z. Makinskiy, Ə.C. Orucəliyev, T.S. Axundov və başqalarının adını göstərmək

Hazırda fakültədə 3 ixtisas üzrə bakalavr, 3 ixtisas üzrə magistr hazırlığı aparılır. 2009-cu ildən başlayaraq fakültədə bakalavr hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş yeni "Dövlət Təhsil Standarları" əsasında tərtib olunmuş tədris planlarına uyğun kredit təhsil sistemi ilə aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

  1. Elektroenergetika mühəndisliyi
  2. Elektrik mühəndisliyi
  3. İstilik energetikası mühəndisliyi
  • Elektroenergetika mühəndisliyi
  • Elektromexanika mühəndisliyi
  • İstilik energetikası mühəndisliyi
  • Elektroenergetika
  • Elektromexanika
  • Enerji İstehsalı texnologiyaları
  • Fizika