Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum.
Azərbaycan Dövlət Rəsm Qalereyası ADRQ | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1972 |
Yarandığı yer | Bakı, Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Bakı, Azərbaycan |
Sədr | Qalib Qasımov |
azgallery.az |
Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır.[1] Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur. Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir.[2]
Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən sərgilərin böyük əksəriyyəti əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.[4]