Azərbaycan Dövlət Xor Kapellası — Respublikanın aparıcı musiqi kollektivlərindən biri. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir.
Azərbaycan Dövlət Xor Kapellası | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Klassik musiqi, muğam |
Fəaliyyət illəri | 1966-günümüzə |
Ölkə | Azərbaycan |
1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C.Cahangirovun “Füzuli” kantatası, “Çahargah”, N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında görkəmli yer tutur. Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Azərbaycan Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır.
Musiqi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |