Azərbaycan Dənizçilik Kolleci

Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik KolleciAzərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi.

Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Əsası qoyulub 21 may 1930 cu il
Tip Orta-ixtisas təhsili müəssisəsi
Direktor Namiq Ağamalıyev
Şəhər Bakı
Ölkə
Ünvan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs, Cavanşir küç.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir.

Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər.

Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır.

Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır.

Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır. Respublikanın balıq sənayesinin və təsərrüfatının inkişafında Kollecin rolu inkaredilməzdir. Kollec 87 illik fəaliyyəti dövründə 15 mindən çox mütəxəssis yetişdirmişdir. O cümlədən, bu qocaman təhsil ocağında MDB ölkələri, bəzi Avropa, Afrika, Asiya və Latın Amerikası ölkələri üçün də balıqçı, gəmi sürücüsü, mexanik və elektromexanik mütəxəssislər də hazırlamışdır. Kollecin məzunlarından 20 nəfər elmlər namizədi, 5 nəfər isə elmlər doktorudur. Məzunların böyük bir qrupu rəhbər vəzifələrdə çalışır.

Azərbaycan Dənizçilik Kolleci 1930-cu ildə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin qərarı ilə yaradılmış və Zaqafqaziya Balıq Sənayesi Texnikumu adlandırılmışdır. Kollec ilkin dövrlərdə Zaqafqaziya Respublikaları üçün "Balıq ovu" və "Balığın emalı" ixtisasları üzrə mütəxəssis hazırlayırdı. 1939-cu ilə kimi kollecin tədris binası olmayıb. 1939-cu ildə Kollec üçün beşmərtəbəli xüsusi tədris binası tikilmişdir. Bu tədris müəssisəsi 1946-cı ildən bütün ölkə üçün balıqçı mütəxəssislər hazırlığına başlamışdır. Bir sıra ixtisaslar üzrə kadr yetişdirilməsinə xüsusi diqqət verilmişdir. 1950-ci ildən burada "Balıq və dəniz heyanlarının ovu", "Balıq məhsullarının texnologiyası", "İxtiologiya və balıqçılıq" ixtisasları üzrə fakültələr yaradıldı. 1960-cı ildən başlayaraq balıq sənayesində böyük surətlə sıçrayışlar oldu. SSRİ-də iqtisadi inkişafla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı üzrə ixtisasları bir qədər də genişləndirmək zərurəti yarandı. Belə ki, bu dövrdə "Gəmi güc qurğuları", "Mühasibat uçotu" və "Dəniz gəmi sürücüsü" ixtisasları üzrə fakültələr də açılmışdır.

Kollec 87 illik fəaliyyəti dövründə bir neçə dəfə ağır çətinliklərlə qarşılaşmışdır. Bəzən bağlanmaq təhükəsilə də üzləşmişdir. Lakin bu təhlükə elə də uzun sürməmiş, tezliklə aradan qaldırılmışdır. 1959-cu ildə isə Respublikanın balıq sənayesinin balıqçı kadrlara tələbatının az olması ilə əlaqədar bu tədris ocağının bağlanması və tələbələrin başqa kolleclərə köçürülməsi məsələsi ortaya çıxmışdı. 1975-ci ildə Kollecin Rusiyanın balıq sənayesi müəssisələrində işləyən məzunlarının rus dilini zəif bilmələri və SSRİ Balıq Təsərrüfatı Nazirliyinin ögey münasibətilə əlaqədar Kollec bir daha bağlanmaq təhlükəsi qarşısında qaldı. Respublika hökumətinin məsələyə qarışması nəticəsində Kollec fəaliyyətini davam etdirdi.

Üçüncü dəfə Kollecin bağlanması məsələsi keçmiş SSRİ-nin dağılması ilə əlaqədar olmuşdur. Belə ki, kollec 1992-ci ildə "Azərbalıq" Dövlət Konserninin tabeliyinə verildi, həmin dövrdə onun tədris binası da konsern tərəfindən heç bir əsası olmadan alınaraq tədris, təlim-tərbiyə üçün şəraitsiz, qaçqınların məskunlaşdığı yataqxana binasına köçürüldü. Nəticədə burada tələbə kontingenti son dərəcə azalmış, təlim-tərbiyənin səviyyəsi xeyli zəifləmişdir. Kollecin belə bir tənəzzülə uğradığı zamanda Ümummillilider Heydər Əliyevin Kollecin müqəddəratının həll olunmasında vaxtında verilmiş 13 iyun 2000-ci iltarixli "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı böyük rol oynadı. Bununla da Kollecin kollektivi bir daha şahid oldu ki, Ümummilli liderimizin diqqətindən heç bir şey yayınmır. Və bunun nəticəsində Azərbaycan Dənizçilik Kolleci 1999-cu ildən dirçəliş dövrünü yaşamağa başladı.

Kollecin tələbələri respublika əhəmiyyətli bir çox müsabiqələrin və idman yarışlarının iştirakçısı olmuş və dəfələrlə mükafatlara və qalib yerlərə layiq görülmüşlər. Kollecin oğlanlardan ibarət komandası şahmat və voleybol üzrə 2017-ci il Respublika Birinciliyində 2-ci yer tutmuşdur.

Azərbaycan Dənizçili Kolleci Respublika orta ixtisas təhsili müəssisələri arasında ilklərə imza atmaqla seçilməkdədir. Tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi sistemini tətbiq edən ilk kolleclərdən biri də Azərbaycan Dənizçili Kollecidir. İmtahanın kompüter-test üsulu ilə keçirilməsi də ölkənin orta ixtisas təhsili müəssisələri arasında ilk olaraq Azərbaycan Dənizçilik Kollecinə məxsusdur.