Azərbaycan Duz İstehsalat Birliyi

Azərbaycan Duz İstehsalat Birliyi — Azərbaycanda yeganə və ilk duz rafinasiya istehsalı ilə məşğul olan müəssisə.[1]

Azərbaycan Duz İstehsalat Birliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 2010
Baş qərargahın yeri Azərbaycan Azərbaycan
azerduz.az

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 21 iyul 2010-cu ildə istismara verilmiş müəssisə ölkədə yeganə və ilk duz rafinasiya zavodudur. Xammalı Masazır gölündən təmin olunan Azərbaycan Duz İstehsalat Birliyi ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Layihəsi Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilmiş zavod ən müasir texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemləri ilə təchiz edilib. UNİCEF və Səhiyyə Nazirliyinin tövsiyəsi və dəstəyi ilə fəaliyyətə başlayan Masazır Duz Zavodu yüksək standardlara uyğun duz istehsal edir. Zavod 24 saat iş rejimi ilə çalışır və illik istehsal gücü 90000 tondur. Ətraf kəndlərdə işsizliyin aradan qaldırılmasında da danılmaz rolu olan müəssisədə 170 nəfər işçi daimi işlə təmin edilib. [3]

Zavod 8 hektar ərazini əhatə edib. İtaliya, Almaniya, Türkiyə kimi ölkələrin ən son texnoloji avadanlıqları ilə təchiz edilmiş Masazır Duz Zavodunda istehsal olunan qida və sənaye duzları müxtəlif ölçülərdə və qablaşdırmalarda “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edilir.[4] Müəssisədə istehsal olunan sənaye duzları dəriçilik, heyvandarlıq, yol istismar idarələri, hovuzlar, filter sistemləri, qazanxanalar, neft sənayesi ilə yanaşı, pendirçilik, çörəkçilik, balıqçılıq və turşuçuluq sahələrində də geniş istifadə olunur.

Məhsulları ölkədaxili tələbatı ödəməklə bərabər Rusiya, Qazaxıstan, Gürcüstan, Kanada və digər ölkələrə də ixrac olunur.

Sertifikatları[redaktə | mənbəni redaktə et]

Fəaliyyətə başladığı ilk gündən daim yenilik və tərəqqi axtarışında olan, eləcə də yeni sistem və layihələr üzərində çalışan Azərbaycan Duz İstehsalat Birliyi bir çox beynəlxalq sertifikatlara layiq görülüb. TS EN ISO 9001-2015, Uyğunluq Sertifikatı, Gigiyenik Sertifikat, Kosher və digər sertifikatlar bunun bariz nümunəsidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda ilk duz zavodu bu ilin iyununadək açılacaq". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  2. "İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak etmişdir". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  3. "Azərbaycan İnvestisiya Şirkəti 1,2 milyard dollar investisiya cəlb edib". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  4. "Azərbaycanda ilin birinci yarısında duz istehsalı zavodu istismara veriləcək". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.