Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu

Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutuAzərbaycanın ipəkçilik sənayesini ölkədə istehsal olunan xammalla tam təchiz etmək və ipək ixracını artırmaq məqsədilə qurulmuş elmi-tədqiqat müəssisəsi

Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu
Əsası qoyulub 7 yanvar 1958
Ölkə

Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu 7 yanvar 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır[1].

Müasir seleksiya metodlarından istifadə edərək, yüksək məhsuldar ipəkqurdu cinsləri və tut sortları yaratmaq, yeni mütərəqqi yemləmə texnologiyaları və əkin sxemi tətbiq etməklə ipəkçiliyin intensiv inkişafına nail olmaq institutun qarşısında duran əsas məqsəddir.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliliyə malik ağ baramalı tut ipəkqurdu cinsi və 30-dan çox tut sortları yaranmışdır.

Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sortlarının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdır ki, bu da ipəkçiliyin inkişafına mühüm əhəmiyyətə malik olmuşdur.

  • İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
  1. Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]