Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Yerləşir Bakı, 6-cı mikrorayon, Cavadxan küç, 32/15
Yaradılıb 1946
Əvvəlki adı Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu
Direktor Elmar Qasımov

1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır.

İnstitutun ilk direktoru tibb elmləri namizədi M. Ə. Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S. İ. Vəlixan olmuşdur.

1957-ci ildə instituta rəhbərliyi N. M. Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N. M. Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır.

1998–2005-ci illərdə institutun direktoru vəzifəsini K. T. Kərimov tutmuşdur.

21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z. Ə. Əliyevanın adı verilmişdir. 

2006-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Qasımov Elmar Mustafa oğlu rəhbərlik edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]