Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu

Əkinçilik Elmi Tədqiqat İnstitutu -

Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılıb 1950
Ünvan Pirşağı qəsəbəsi, 2 Saylı Sovxoz
Sayt aetei.az

Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır.

Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır.

Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.

İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir.

Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir.

Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir. Yerinə yetirilən 9 mövzudan 5-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əmək¬daşlıq edilir. Aparılan tədqiqatlar aşağıdakı vəzifələri daşıyır:

  • 1. Yerli və introduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfıyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılması.
  • 2. Bitkilərin biotik və abiotik stress amillərə (quraqlığa, yüksək temperaturaya, duza, qışa və s.) qarşı davmlılığının artırılması;
  • 3. Vəsaitə qanəatedici becərmə texnologiyaları tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması;
  • 4. Yeni texnologiyaların yayılmasına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində fermerlərin fıkirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək.

Hər il İkinci KTİKL-nin "Uyğunlaşdırılmış texnologiyalara çıxışın təkmilləşdirilməsi" yarımkomponenti çərçivəsində respublika¬nın 20-yə qədər rayonunun 40-50 fermer təsərrüfatında institutun yeni sortlarına və texnologiyalarına aid tamamlanmış tədqiqat işlərinin nəticələri nümayiş əkinlərində sərgilənir.

  • 5. Təsərrüfat hesablı toxumçuluq sistemi vasitəsilə artırılmaq üçün bioloji cəhətdən təmiz orijinal, super-elit və elit toxumları istehsal etmək.

Beləliklə, fəaliyyət göstərdiyi bu illər ərzində respublikanın müxtəlif bölgəsinə uyğun aparılan dərin kompleks elmi işlərin nəticəsində təcrübi seleksiya məsələləri müvəffəqiyyətlə həll olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 100-dən artıq sortları yaradılmış və Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. Onlardan 52-si (14 yumşaq buğda; 15 bərk buğda; 5 arpa; 1 çovdar; 1 tritikale; 1 vələmir; 4 qarğıdalı; 4 no¬xud; 2 mərci; 1 lobya; 4 tütün) rayonlaşaraq seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Hal-hazırda respublikada ümumi taxıl əkinləri sahəsinin (809 min ha) 70-80%-də ET Əkinçilik İnstitutunun sortları əkilir.

ET Əkinçilik Institutu 1996-cı ildən başlayaraq beynəlxalq seleksiya mərkəzləri olan İCARDA (Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Seleksiya Mərkəzi) və CİMMYT-lə (Qarğıdalı və Buğdanın yaxşılaşdırılması üzrə Beynəlxalq Seleksiya Mərkəzi) dənli və dənli paxlalı bitkilərə dair beynəlxalq pitomniklərin introduksiya və sınağı, beynəlxalq və regional tədbirlərdə iştirak, tədris və təkmilləşdirmə kurslarında kadr hazırlığı və s. sahələrdə sıx əməkdaşlıq edir. Birgə əməkdaşlıq nəticəsində 4 yumşaq buğda, 1 arpa, 1 noxud və 1 mərci sortu yaradılmış və rayonlaşmışdır. Bu sortlar respublikada böyük əkin sahəsini əhatə edir.

İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir[1].

  • İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. Səh.478-480