Azərbaycan Fövqəladə Komissiyası

Azərbaycan Fövqəladə Komissiyası (AFK) — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində əks inqilab və sabotajla mübarizə orqanı.

Azərbaycan Fövqəladə Komissiyası
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 29 aprel 1920
Ləğv edilib 7 avqust 1926

Azərbaycan Fövqəladə Komissiyası (AFK) 29 aprel 1920-ci ildə yaradılmışdır. AFK-nın vəzifəsi daxili və xarici rəqibləri – Azərbaycanda sovet hakimiyyətini devirməyə, Azərbaycan Xalq Cümhuriyyətini bərpa etəyə cəhd göstərənlərə qarşı qəti mübarizə aparmaqdan və sosialist inqilabını qoruyu möhkəmlətməkdən ibarət idi. AFK xarici kəşfiyyat orqanlarının sabotaj törətmək cəhdlərinin qarşısını almaq, onların agenturası və xarici antisovet mərkəz emissarlarını aşkara çıxarıb ifşa etmək sahəsində fəaliyyət göstərmiş, "Müsavat", "İttihad", "Daşnaksütyun" partiyalarının əks-inqilabi fəaliyyətinə və onların Azərbaycanda sovet hakimiyyəti əleyhinə təşkil etdikləri silahlı çıxışlara qarşı qəti mübarizə aparmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 avqust 1926-cı il tarixli qərarı ilə AFK Azərbaycan Dövlət Siyasi İdarəsinə çevrilmişdir. Növbəti dövrlərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi fəaliyyət göstərir.[1]

  1. Азәрбајҹан Фөвгәладә Комиссијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 176–177.