Azərbaycan Həkimlər Assosiasiyası

Azərbaycan Həkimlər Assosiasiyasının (AHA) — 1992-ci ildə təsis olunmuş və 1996-cı ilədək fəaliyyət göstərmiş assosiasiya.

O təlatümlü və ixtişaşlı dövürdə xarici təcavüzlərin və daxili dağıdıcı qüvvələrin təsirlərindən ölkənin parçalanması, dövlətçiliyimizin itirilməsi təhlükəsi yaranmışdır. Səhiyyə həyat təminatlı sistem kimi yox, sadə məişət xidməti sahəsi kimi qəbul olunurdu. Tibb işçilərinin ictimai vəziyyəti – onların sosial və hüquqi müdafiəsizliyi, təhqiredici maaşları həkimlik peşəsinin nüfuzdan düşməsinə, peşə borclarının məsuliyyətlə həyata keçirməsinə imkan vermirdi.

Bu sahədə dövlət siyasətinin dəyişdirilməsi üçün, həkimlərin yeni ictimai birliyinin meydana çıxması zəruriyyəti yaranmışdır. Bu məramla yaradılmış və yeni formalaşmış AHA tibb işçilərinin nüfuzunun, şərəf və ləyaqətinin, maraqlarının qorunmasına çalışırdı. 1992 – ci ildən başlayaraq tibb müəsissələrinin xəstələrin və tibb işçilərinin maraqları nəzərə alınmaq şərti ilə özəlləşdirilməsini, sığorta və özəl təbabətin yubandırılmadan inkişaf etdirilməsini təklif etmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]