Azərbaycan Hərb Tarixi Muzeyi - Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində struktur.
Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 n-li əmrinə əsasən” 10 dekabr 1992-ci ildə təşkil olunub.
Muzey təşkil olunarkən Azərbaycan Hərb Tarixinə aid eksponatlar yox idi. Hazırda muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 11000-nə yaxındır.
Bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika nümayiş etdirilir.
Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, "44 günlük müharibə", “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zallar fəaliyyət göstərir.[1].[2]
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |