Azərbaycan Kağız və Karton İstehsal Kombinatı

Azərbaycan Kağız və Karton İstehsal KombinatıAzərbaycanda kağız və karton məhsulları istehsalı ilə məşğul olan müəssisə.[1]

Azərbaycan Kağız və Karton İstehsal Kombinatı
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1980
Baş qərargahın yeri Azərbaycan Azərbaycan

Tarixi[redaktə | mənbəni redaktə et]

1980-ci illərdə Xırdalan şəhəri, keçid 1232 ünvanında fəaliyyət göstərmiş Karton Fabriki, 1997-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olub. Holdinqin nəzdində istehsalat fəaliyyətinə başlayan müəssisə 1997-2008-ci illərdə “Karton Tara”, 2008-2011-ci illərdə “Xırdalan Karton Fabriki” ASC kimi fəaliyyət göstərib.[2] 2011-ci ildən etibarən müəssisənin istehsal sahələri daha da genişlənərək “Azərbaycan Kağız və Karton İstehsalı Kombinantı” olaraq fəaliyyətini davam etdirməkdədir. Hazırda AKKİK-nin nəzdində təmizlik kağızları istehsalı fabriki, xammal tədarük departamenti, Xırdalan karton fabriki və kağızın təkrar emalı fabriki fəaliyyət göstərir.[3][4][5]

Məqsədi[redaktə | mənbəni redaktə et]

“Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” əsasən ölkə ərazisində toplanan kağız tullantılarından karton istehsalında xammal kimi istifadə edərək müxtəlif çeşiddə kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlarda büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetləri, ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. istehsal edir.[6]

Kağızın Təkrar Emalı Fabriki[redaktə | mənbəni redaktə et]

“Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” yə daxil olan “ Təkrar Kağız Emalı Fabriki”, “Azərsun Holdinq” tərəfindən böyük həcmdə investisiyalar ayrılaraq 2011-ci ildən etibarən H.Z. Tağıyev qəsəbəsində yerləşən Azərsun Sənaye Parkı ərazisində qurulmağa başlamış və 25 Fevral 2014-cü ildə ölkə prezidenti İlham Əliyevin açılışı ilə istismara verilmişdir.

Müəssisədə ölkənin bütün bölgələrindən toplanmış tullantı kağızlarına yeni bir “nəfəs” verilərək yenidən kağız halına salınır və beləcə müəssisə nəinki Azərbaycanın, bütün dünya təbiətinin qorunmasına böyük töhfə vermiş olur. Müəssisə ISO 9001-2008 sertifikatına layiq görülmüşdür. Müəssisənin illik istehsal gücü 50 000 ton olan fabrikin ümumi sahəsi 120,000 m2 dir.

Müəssisə Avropanın müasir avadanlıq və texnologiyaları ilə təchiz edilmişdir. İstehsal edilən məhsulların keyfiyyəti, müştəri məmnuniyyəti istehsal prosesi üçün aparıcı rol oynadığından müəssisədə son modern avadanlıqlarla təchiz edilmiş, ISO/IEC 17025 beynəlxalq sertifikatına layiq görülmüş və akkreditasiya olunmuş laboratoriya fəaliyyət göstərməkdədir. Fabrikin məqsədi istehsal gücünü daim inkişaf etdirərək, genişləndirməklə Respublikanın kağız və karton məhsullarına olan təlabatını təhlükəsiz şəkildə təmin etməkdir.

Təmizlik Kağızları İstehsalı Fabriki[redaktə | mənbəni redaktə et]

1997-ci ildən “Azərsun Holdinq” daxilində “Təmizlik Kağızları İstehsalı Fabriki” fəaliyyətə başlamışdır. 2005-ci ildən sahə genişlənərək, “Qafqaz Kağız Sənaye MMC” adı altında fəaliyyətini davam etdirmişdir. 2011-ci ildən “Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” MMC tərkibində “Təmizlik kağızları istehsalı fabriki” kimi fəaliyyətdədir. İstehsal kataqoriyaları – Kağız dəsmal, kağız əl dəsmalı, nəm dəsmal, müxtəlif cür tualet kağızları Markalar - Sun, Aura və Papi Fabrikdə xüsusi sifariş əsasında müştərilər üçün 300-dən çox müxtəlif çaplı salfetler və qutu salfetlər istehsal edilir. Keyfiyyətə nəzarət sistemi daxilində aparılan yoxlamalardan əlavə olaraq, fabrik AZS ve Səhiyyə Nazirliyinin apardiği yoxlamalar nəticəsində hər il Uyğunluq və Gigiyenik sertifikatları ilə təmin olunur. Əlavə olaraq, TSE tərəfindən İSO 9001 İdarəetmə Sisteminin də yoxlamaları mütəmadi olaraq aparılır. 2021-ci ildən Fabrik FSC sertifikatı almışdır. Keyfiyyət siyasəti: “AKKIK” MMC rəhbərliyi bəyan edir ki, amalımız və məqsədimiz müştəri istəkləri nəzərə alınaraq, görülən hər bir işi keyfiyyətlə icra edib sifarişçinin etimadını qazanmaq üçün; • Müştəri məmnuniyyətinə nail olmaq; • Ətraf mühitə qarşı həssas olmaq; • İnsanların fikirlərinə hörmətlə yanaşmaq və onlardan istifadə etmək; • Keyfiyyət İdarəetmə Sistemi standartlarına və qanunların tələbinə əməl edərək, sistemin mükəmməlliyini daim saxlamaq; • Lazımi təlimləri təşkil edərək, həmin təlimlərdə işçilərin iştirakını təmin etmək.


Xırdalan Karton Fabriki[redaktə | mənbəni redaktə et]

1997-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan "Xırdalan Karton Fabriki" nin inkişafı üçün Holdinq tərəfindən ayrılmış böyük sərmayələr və ən müasir texnologiyaların tətbiqi nəticəsində müəssisə bu gün respublikanın büzməli karton və qutu məmulatlarına olan illik tələbatı yüksək səviyyədə qarşılayır. Fabrik, hal-hazırda ölkə daxilində fəaliyyət göstərən istehlakçıların tələbatını istənilən rəng və dizaynda 2 və 5 laylı büzməli karton qutular, qəlibdən çıxan müxtəlif növ tavalar, qutu üçün xüsusi içlik və digər növ qablaşdırma məmulatları ilə təmin edən qabaqcıl müəssisələrdən biridir. Hazırda müəssisənin 1 istehsal xətti bütün ölkə tələbatını ödəmə qabiliyyətinə malikdir. 2-ci istehsal xəttinin yaradılması isə fabrikin ixracat potensialını artıraraq ölkə hüdudlarından kənarda əlavə bazar payı qazanmağa, idxalçı ölkə statusundan ixracatçı ölkə statusuna çevrilməyi qarşısına məqsəd qoymuş dövlətimizin siyasətinə dəstək və töhfə verməyə yönəldilib. Fabrikdə istehsal olunan kağız məhsulları – büzməli karton, flekso və ofset baskılı qutu, tava, seperator, yumurta kaset və karton list, müxtəlif növ künclüklər, müxtəlif növ etiketler dünya standartlarına uyğun olub, bu adda məhsul istehsal edən qabaqcıl müəssisələr ilə rəqabət aparmaq gücünə qadirdir.

"Xırdalan Karton Fabrikində" dövlət akkreditasiyasından keçmiş laboratoriya fəaliyyət göstərir. Laboratoriyada mövcud olan bütün avadanlıq və cihazlar müntəzəm olaraq Holdinqin müvafiq departamenti (NÖC) tərəfindən yoxlamalara tabe tutularaq kalibrasiya edilir. Laboratoriyada xammal, büzməli karton və qutu məmulatlarının keyfiyyət dəyərləri Dövlət Standartları və İSO 9001:2000 sistemi əsasında yoxlanılaraq aparılır. Hazırda laboratoriyada xammalın ( karton və kağız ) cinsindən və qrammajından asılı olaraq çəkisi, nəmliyi (%) yoxlanılır. Habelə QOST standarta əsasən yarımməhsulların, büzməli kartonun düzünə və dikinə əzilməyə qarşı dayanaqlılığı, laylanma metodu, qutunun sıxışdırma analizləri edilərək yoxlanılır.

Təmizlik Vasitələri Fabriki[redaktə | mənbəni redaktə et]

“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verilib. Xammal ehtiyacı Avropa ölkələrindən təmin olunan "Təmizlik Vasitələri Fabriki" ölkəni və regionu yuyucu vasitələrlə tam təmin etmək imkanına malikdir.

Ən müasir texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemləri ilə təchiz olunan bu müəssisənin layihəsi "Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı" ilə birgə həyata keçirilib. Müəssisə 1.4 hektar ərazini əhatə edir və 95 nəfər işçi qüvvəsi ilə 24 saat fəaliyyət göstərir.

"Təmizlik Vasitələri Fabriki" ətraf kəndlərdə işsizliyin azaldılmasında mühüm rol oynayır. İllik istehsal gücü 29000 ton olan müəssisədə yuyucu və kimyəvi məhsullar “Crystalex”, “Puresense”, “Biodaxi”, “Oxywhite”, “Wipelex”, “Praxi” markaları adı altında müxtəlif ölçülərdə və qablaşdırmalarda, əl dəyməyən texnologiyalar vasitəsi ilə istehsal olunur.

"Təmizlik Vasitələri Fabriki" İtaliya, Türkiyə və s. digər ölkələrdən alınmış avadanlıqlarla tam təchiz edilib.


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyev Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  2. "Arxivlənmiş surət". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  3. "Prezident İlham Əliyev Sumqayıtda kağız və karton istehsalat kombinatının, yağ fabrikinin açılışında iştirak edib". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  4. "Prezident Sumqayıtda Kağız və karton istehsalat kombinatının açılışında iştirak edib - FOTOLAR". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  5. "İlham Əliyev Sumqayıtda - FOTO". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  6. ""Azərsun Holdinq" ən müasir tələblərə cavab verən istehsal xəttini istismara verdi". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.