Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 saniyə əvvəl Həsənli Fərid (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) Azərbaycada təsis edilmiş qeyri hökumət təşkilatıdır.[1]
AKTA təsisçilərin 04 mart 2022 ci il tarixli təsis iclasının qərarı ilə yaradılmış və 19 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. 22 aprel 2022-ci il tarixində dövlət qurumlarının, özəl və biznes təşkilatlarının iştirakı ilə keçirilən tədbirdə təşkilatın təqdimat mərasimi baş tutmuşdur.
AKTA-nın əsas məqsədi dövlət, biznes və vətəndaş cəmiyyəti arasında kiber-əməkdaşlığın inkişafı və gücləndirilməsində vahid platforma rolunu oynamaqdır. Ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə fəaliyyət göstərən AKTA kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsinə və müvafiq sahənin inkişafına dəstəyin verilməsini təşkil edir. Assosiasiya tərəfindən kibertəhlükəsizlik sahəsində tədqiqatların aparılması, kiber maarifləndirmə, mütəxəssis hazırlığı, kiber məsləhət, kiber risklər, təhdidlər və dezinformasiya ilə mübarizə, eləcə də innovativ layihələrin inkişafı, müvafiq beynəlxalq reytinq və hesabatlar üzrə fəaliyyət, yerli və beynəlxalq əməkdaşlıqların qurulması və təşviq olunması sahələri üzrə çox şaxəli tədbirlər həyata keçirilir. Bu məqsədlə AKTA dövlət, özəl, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
· 22 aprel 2022-ci ildə Birinci “Milli Kibertəhlükəsizlik Forumu” keçirilmişdir. [2]
· Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşəbbüsü ilə ali təhsil müəssisələrində tətbiq olunan informasiya təhlükəsizliyi üzrə tədris proqramı təkmilləşdirilmiş, elm və təhsil nazirinin müvafiq əmri ili informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə yeni proqram təsdiq edilmişdir.
· 3 oktyabr 2022-ci il tarixində “İnterProbe” şirkəti və AKTA-nın birgə təşkilatçılığı ilə “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.
· 30 noyabr – 2 dekabr 2022-ci il tarixlərində Türkiyədə “Kiber Təhlükəsizlik Həftəsi” adlı tədbirdə AKTA və Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.
· 6 dekabr 2022-ci il tarixində AKTA və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə “İKT CEO MeetUp” Forumu keçirilmişdir.
· 2022-ci ilin iyul ayında AKTA-nın dəstəyi ilə “Beynəlxalq Kiber Yay Məktəbi” keçirilmişdir. Yay məktəbində Azərbaycan, Türkiyə və İsraildən 100 nəfərə yaxın yeniyetmə və gənclər iştirak etmişlər.[3]
· 13-15 dekabr 2022-ci il tarixlərində AKTA və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı seminar (TAİEX) və ekspert görüşləri təşkil edilmişdir.
· 05 may 2023-cü ildə İkinci “Milli Kibertəhlükəsizlik Forumu” keçirilmişdir.
· 23-28 iyul tarixlərində 3-cü “Beynəlxalq Kiber Yay Məktəbi” keçirilmişdir. Yay məktəbində Azərbaycan, Türkiyə, Kazaxstan, Özbəkistan, Qırğızıstan və İsraildən 150 nəfərə yaxın yeniyetmə və gənclər iştirak etmişlər.