Azərbaycan Professional Kinorejissorlar Gildiyası

Azərbaycan Professional Kinorejissorlar Gildiyası - 17 may 1999-сu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis olunmuş qurum.

Gildiyanın yaradılmasında əsas məqsəd, bazar iqtisadiyyatı şəraitində müəllif, yaradıcı və sosial hüquqların qorunmasını təmin etmək, audiovizual əsərin müəllifi və yaradıcı kollektivin rəhbəri kimi rejissor sənətinin nüfuzunun və ictimai əhəmiyyətinin yüksəltmək və milli kinematoqrafın yüksək bədii səviyyədə inkişafına şərait yaratmaq idi.

Bu vaxt ərzində Gildiya üzvlərinin sayı 120-ni örtmüş, istehsalçılar, müəlliflər və hüquqvarisçiləri tərəfindən isə 1000-dən çox audiovizual əsər müqavilələr əsasında Gildiyaya kollektiv idarəçiliyə verilmişdir. Gildiya 2 Beynəlxalq qurumun AIDAA (Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyası) və FERA (Avropa Kinorejissorları Federasiyası) üzvülüyinə qəbul olunmuş və bu qurumlar vasitəsilə müəllif hüquqları və audiovizual sahəbə gedən proseslərdə iştrak edir.

Gildiyanın ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif və əlaqəli hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bununla bağlı film müəlliflərinin və istehsalçıların bir çox müraciətləri əsasında və Gildiya Bürosunun Antipirat kampaniyası haqqında qəbul olunmuş qərəra uyğun Müəllif Agentliyi və DİN-yi ilə birgə tədbirlər həyata keçirmişlər. Bunun nəticəsində ölkəmizin videobazarında vəziyyət xeyli dəyişmişdir. 1999, 2000 və 2001-ci ilin birinci yarısına qədər Azərbaycanda istehsal olunan Azərbaycan filmlərin videokassetlərin 95 % qeyri-qanuni olaraq müəllif hüquqları tamamilə pozularaq həyata keçirilirdisə və müəlliflər öz əsərlərin istifadəsinidən heç bir maddi gəlir əldə etmirdilərsə, 2001-ci ilin ortalarındandan vəziyyət dəyişmiş və qeyri-qanuni buraxılan filmlərin faizi yox dərəcəsinə enmişdir. 2002-ci ilin əvvəlindən isə Azərbaycan filmlərin videokassetlərindən artıq müəlliflərə qonorar ödənilir.

Azərbaycan filmlərin ölkəmizin telekannallarında qanuna uyğun istifadəsi ilə bağlı Gildiyanın apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, Mərkəzi və regional telekanalların əksəriyyəti film istehsalçıları ilə qanuna uyğun müqavilələr bağlayaraq filmlərin istifadəsinin hüquqi əsaslarını yaratmışlar. Əfsuslar olsun ki, bəzi televiziya kanalları bu günə qədər müəlliflərin və istehsalçıların hüquqlarını qorunması sahəsində hüquqi münasibətlərin formalaşmasını ləngidirlər və bununla da müəllifləri və hüquqvarisçiləri maddi gəlirdən məhrum edirlər.

Kinorejissorlar Gildiyası, audiovizual sahədə gənc müəlliflərə diqqətin artırılması, əsərlərinin baxışını və müzakirəsini keçirməsi, onları həvəsləndirmək və milli kinematoqrafın müasir inkişaf perspektivlərinə cəlb etməyi vacib hesab edir. Bu məqsədlə kinoteatrlarda mütamadi olaraq Gənc müəlliflərin əsərlərinin ictimai baxışı keçirilir, müzakirələr aparılır. Gənc Audiovizual müəlliflərin "Audiovizual Festival"ı və "Qızıl Pəri" mükafatları təsis olunaraq ilk dəfə 2001-ci ilin oktyabrında keçirilmişdir.

Konfransların, yubileylərin, ictimayyətlə görüşlərin keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, festivallarda, seminarlarda, forumlarda iştirak - Gildiyanın gördüyü gündəlik fəaliyyətlərindəndir.

Kinorejissorlar Gildiyası fəaliyyətini kinematoqrafiya və müəllif hüquqları sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla sıx əlaqədə quraraq, kinorejissorların milli kino sənətinin inkişafında aparıcı rolunu əsas tutaraq və üzvlərinin intelektual potensialına arxalanaraq, kinematoqrafiya sahəsində şəxsiyyətin yaradıcılıq inkişafı, audiovizual müəlliflərin sosial, hüquqi, iqtisadi, yaradıcı və digər qanuni maraqlarının təmin edilməsi və qorunması, kinematoqrafiya sənətin bütün növlərinin yaradılması, inkişafı və yayılmasındə öz fəaliyyətini ardıcıl olaraq həyata keçirib və həmişə həyata keçirmək əzmindədir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]