Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu - publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılan və qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur.[1]

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 16 may 2018
Ünvan Süleyman Sani Axundov 73C Bakı, Azərbaycan
Rəhbərlik
Rəhbər Sadiq Məmmədov

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • İnstitutun fəaliyyətinin əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.
  • Qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması;
  • Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Elmi cəhətdən əsaslandırılmış və qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanması;
  • Qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi, tələb olunan sənədlərin hazırlanması və təlimlərin keçirilməsi;
  • Qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) *Xidmətlərinin göstərilməsi;
  • Qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlim və tədrislərin təşkili;
  • Elmi-praktiki konfransların, simpoziumların, seminarların, yığıncaqların və görüşlərin təşkili;
  • Qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qida təhlükəsizliyi sahəsinin inkişafı ilə bağlı tədbirlər görür

İnstitutun vəzifələri

[redaktə | mənbəni redaktə et]
  • Qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını işləyib hazırlayır və Agentliyə təkliflər verir;
  • Hüquqi və fiziki şəxslər üçün qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İnstitutun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
  • Elmi cəhətdən əsaslandırılmış və qida məhsullarının təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində qanunvericilik aktlarını, o cümlədən texniki normativ hüquqi aktları *(sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərini), inkişaf konsepsiyalarını və məqsədli proqramları işləyib hazırlayır və Agentliyə təqdim edir, habelə onların həyata keçirilməsində iştirak edir;
  • Qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin və risklərin idarə edilməsinin elmi əsaslarını işləyib hazırlayır və agentliyə təkliflər verir;
  • Risk qiymətləndirilməsi zamanı insanların həyat və sağlamlığı üçün mövcud və ya gələcəkdə yarana biləcək təhlükələri araşdırır və həmin təhlükələrin qarşısının alınması istiqamətində Agentliyə təkliflər verir;
  • Nizamnaməsinə uyğun olaraq dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin qida təhlükəsizliyi sahəsi üzrə fəaliyyətini əlaqələndirir;
  • Qida təhlükəsizliyinə dair beynəlxalq standartların tətbiq edilməsi üzrə məsləhətlər verir və təlimlər keçirir;
  • Rasional fizioloji normaların, habelə qida təhlükəsizliyi baxımından insanlar üçün qida mənbəyi olan heyvanların və bitkilərin sağlamlığına, habelə insan üçün qida mənbəyi olan heyvanların yemlənməsində istifadə olunan yem və yem əlavələrinə dair texniki normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Qida məhsulları və onların təhlükəsizliyi sahəsində əhalinin, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərin məlumatlandırılması məqsədilə məktəbəqədər və orta təhsil müəssisələrində və digər yerlərdə düzgün qidalanma, qida mədəniyyəti və s. məsələlərlə bağlı maarifləndirmə işlərini həyata keçirir;
  • Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinin təmin olunması, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı təkliflər verir;
  • Qida təhlükəsizliyi sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirir;
  • Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər verir;
  • Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq götürülmüş nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin edir, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün Agentliyə təkliflər verir;
  • Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqatların aparılması ilə bağlı xidmətlərin göstərilməsini təşkil edir;
  • Dövlət və kommersiya sirrinin qorunması, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
  • Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
  • Qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;
  • Yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına köməklik göstərir;
  • Fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlayır, Agentliyə təqdim edir;
  • Kargüzarlığı, vətəndaşların qəbulunu normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;
  • İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
  • İnstituta ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
  • İnstitutun informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;
  • Strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
  • Qida təhlükəsizliyi sahəsində cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat verir.
  • Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

İnstitutun hüquqları

[redaktə | mənbəni redaktə et]
  • Fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun olaraq, dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq, təhlillər, ümumiləşdirmələr və müşahidələr aparmaq, rəylər vermək, təklif və arayışlar hazırlamaq;
  • Fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
  • Fəaliyyət istiqamətləri üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
  • Agentliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və onlarda iştirak etmək, filial, nümayəndəlik və idarələr yaratmaq;
  • Agentliyin razılığı ilə beynəlxalq və regional təşkilatlarda Agentliyi təmsil etmək;
  • Fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Müstəqil ekspert, mütəxəssis və məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;
  • Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
  • Qida təhlükəsizliyi sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
  • Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  • Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;
  • Əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Agentliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
  • Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.[2]

AQTİ-nin tabeliyində olan laboratoriyalar

[redaktə | mənbəni redaktə et]
Bakı şəhərində yerləşən laboratoriyalar Regional sınaq laboratoriyaları
Milli Referens Laboratoriyası Abşeron Regional Sınaq Laboratoriyası
Mərkəzi Baytarlıq Laboratoriyası Tovuz Regional Sınaq Laboratoriyası
Mərkəzi Fitosanitar Laboratoriyası Xaçmaz Regional Sınaq Laboratoriyası
Kompleks Tədqiqatlar Laboratoriyası Lənkəran Regional Sınaq Laboratoriyası
Bakı Regional Sınaq Laboratoriyası Göygöl Regional Sınaq Laboratoriyası
Mərkəzi Fitosanitar Laboratoriyasının Meyvəli-karantin ekspertiza bölməsi Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə Regional bölməsi
Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional bölməsi
Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi
Mərkəzi Baytarlıq Laboratoriyasının Quba Regional bölməsi
Kompleks Tədqiqatlar Laboratoriyasının Şamaxı aqro-kimya bölməsi
  1. "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  2. "Arxivlənmiş surət". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.