Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA)[1] — 154 gənclər təşkilatını birləşdirən qurumdur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
NAYORA
Loqonun şəkli
Yaranma tarixi 21 noyabr 1995-ci il
Qeydiyyat tarixi 31 yanvar 1996-cı il
Rəsmi dili Azərbaycan
Mərkəzi Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə
Üzvləri 154 gənclər təşkilatı
nayora.az

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il 21 noyabr tarixində 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş, Azərbaycanın vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq ətrafında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Milli Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla onların eyni zamanda gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.

Gənclər Təşkilatları Milli Şurası öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərinin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.

NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir.

Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Qurultaylararası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir. Məclis üzv təşkilatlara müxtəlif mövzular üzrə müzakirələr və fikir mübadiləsi aparmağa imkan yaradır. Məclisin səsverməsi nəticəsində Məclis sədri seçilir.

  • 2019-cu ildən Məclis sədri Araz Əhmədovdur.(İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin sədri)

Mərkəzi Nəzarət Təftiş Komissiyası

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qurultayda seçilir və 5 nəfərdən ibarətdir. MNTK-nın işi onun ilk iclasında seçilmiş Sədr tərəfindən təşkil edilir. Əsas vəzifəsi Nizamnamayə əməl olunmasına nəzarət etməsidir.

Tarix Ad, Soyad Vəzifə
2023-cü ildən Aynurə Salmanlı Sədr
2023-cü ildən Cəsur Mədətzadə Üzv
2023-cü ildən Ənvər İsmayılov Üzv
2023-cü ildən Murad Yusifli Üzv
2023-cü ildən Rəsul Quliyev Üzv

ARGTMŞ-ın cari icra-qərarverici orqanıdır, Məclis tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi üçün məsuldur. Büro ARGTMŞ Sədri, sədr müavinləri, Baş Katib, eləcə də idarə heyətindən və müşahidəçi statusu ilə MNTK sədrindən ibarətdir.

  • 2023-cü ildən sədr Rafael Hacıbəylidir.
Tarix Ad, soyad Vəzifə
2023-cü ildən Əli Abdullazadə Üzv
2023-cü ildən Elman Əsgərov Üzv
2023-cü ildən Nərminə Hüseynzadə Üzv
2023-cü ildən Rüfət Əsədzadə Üzv
2023-cü ildən Ülvi Məmmədov Üzv
2023-cü ildən Aynurə Salmanlı Üzv
2023-cü ildən Azad Manaflı Üzv
Sədr
Tarix Ad, soyad
2023-cü ildən Rafael Hacıbəyli
Sədr müavinləri
Tarix Ad, soyad
2023-cü ildən Güldanə Dadaşova
2023-cü ildən Nail Şükürov

ARGTMŞ-nın cari icra orqanıdır və rəhbərlik Baş Katibə məxsusdur. Katiblik Məclisin, Büro və Baş Katibin qərarlarını, tapşırıqlarını həyata keçirir, işçi strukturlarının işini əlaqələndirir, müxtəlif sahələr üzrə ARGTMŞ-nın cari fəaliyyətini istiqamətləndirir.

Katiblik
Tarix Ad, soyad Vəzifə
2024-cü ildən Nərminə Hüseynzadə Baş Katib
2024-cü ildən Rinat Abbasov Yerli layihələr üzrə katib
2024-cü ildən Ramilə El-oğlu Layihələr üzrə koordinator
2024-cü ildən Fatimə Əsədova Beynəlxalq əlaqələr və Layihələr üzrə katib
2024-cü ildən Aygün Kərimova İctimaiyyətlə əlaqələr üzrə katib
2024-cü ildən Jalə Həsənova Üzv təşkilatlarla iş üzrə katib
2024-cü ildən Rüstəm Bağırlı Qrafik dizayner
2024-cü ildən Tural İmanzadə Ofis Meneceri
2024-cü ildən Elvin Ağasıyev Resurs Mərkəzinin koordinatoru
2018-ci ildən Sevinc Sadıqova Mühasib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə milli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. Gənclər Təşkilatları Milli Şurası hal-hazırda 146 gənclər təşkilatını əhatə edir.

Tam hüquqlu
1 Abşeron Gənclərin İnkişafı İctimai Birliyi
2 Atəşgah İntellektual Oyunlar Klubu İctimai Birliyi
3 Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar Ictimai Birliyi
4 Avropa Gənclər Parlamenti — Azərbaycan İctimai Birliyi (EYP)
5 Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı Ictimai Birliyi
6 Avropa Tələbələr Forumu — Bakı İctimai Birliyi
7 Avropa Tələbələr Forumu — Sumqayıt İctimai Birliyi
8 Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası İctimai Birliyi
9 Azad Gənclər İctimai Birliyi
10 Azərbaycan — Britaniya Məzunları İctimai Birliyi
11 Azərbaycan Bələdiyyə Gəncləri İctimai Birliyi
12 Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi
13 Azərbaycan Diabet Liqası İctimai Birliyi
14 Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi
15 Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
16 Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi
17 Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi
18 Azərbaycan Gənclər İttifaqı İctimai Birliyi
19 Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyi
20 Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi
21 Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi
22 Azərbaycan İntellektual Klublar Assosiasiyası İctimai Birliyi
23 Azərbaycan Könüllülər İctimai Birliyi
24 Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi
25 Azərbaycan Respublikası Təhsil İşçilərinin və Tələbələrin xeyriyyə fondu
26 Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi
27 Azərbaycan Tələbələri İctimai Birliyi
28 Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi
29 Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
30 Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi
31 Azərbaycan-Slavyan Gənclər Assosiasiyası İctimai Birliyi
32 Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti İctimai Birliyi
33 Azəri Gənclər Alyansı Ictimai Birliyi
34 Bakı Beynəlxalq Tələbə Klubu İctimai Birliyi
35 Bakı Gənclər Klubu İctimai Birliyi
36 Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi
37 Bizim Gənclik İctimai Birliyi
38 Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi
39 Böyük Yol Gənclər İctima Birliyi
40 Cavan Gənclər Hərəkatı İctimai Birliyi
41 Dan Beynəlmiləlçi Gənclər İctimai Birliyi
42 Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi
43 Demokratik Gənclər İctimai Birliyi
44 Dini Araşdırmalar Mərkəzi İctimai Birliyi
45 Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyi
46 Dünya Azərbaycanlıları Gənclər İctimai Birliyi
47 Dünya Gənc Türk Yazarlar Birliyi İctimai Birliyi
48 Erasmus Tələbə Şəbəkəsi — Azərbaycan İB [ESN]
49 Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi
50 Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti İctimai Birliyi
51 Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi
52 Gələcək və İnkişaf Gənclər İctimai Birliyi
53 Gələcəyə Körpü Gənclər İctimai Birliyi
54 Gənc Hüquqşünaslar İctimai Birliyi
55 Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi
56 Gənc İstedadlara Dəstək Fondu
57 Gənc Liderlər Təhsil-Təlim və İnkişaf İctimai Birliyi
58 Gənc Mühasiblər Birliyi İctimai Birliyi
59 Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi
60 Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
61 Gənc Sahibkarlar Klubu İctimai Birliyi
62 Gənc Vətənpərvərlər Birliyi İctimai Birliyi
63 Gənc Xəzər Mühəndisləri İctimai Birliyi
64 Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi
65 Gənclər Arasında Mübadilə İctimai Birliyi
66 Gənclər Azad Sahibkarlıq Fəaliyyətində İctimai Birliyi
67 Gənclər Mərkəzi İctimai Birliyi
68 Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi
69 Gənclərin Anti-Narkomaniya İctimai Birliyi
70 Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyi
71 Gənclərin Həmrəyliyi İctimai Birliyi
72 Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi
73 Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
74 Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyi
75 Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi
76 Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi
77 Gənclərin Tənhalara dayaq İctimai Birliyi
78 Gənclərin Töhfəsi İctimai Birliyi
79 Gəncliyə Dəstək İctimai Birliyi
80 Gəncliyə Yardım Fondu
81 Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi
82 Həkimlər və Təbib Tələbələr İctimai Birliyi
83 İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi
84 İşıqlı Gələcək Gənclər İctimai Birliyi
85 İsmayıllı İntellektual Oyunlar Klubu İcitmai Birliyi
86 İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi
87 Kainat Gənclik Mərkəzi İctimai Birliyi
88 Kompüter Oyunları Milli Assosiasiyası İctimai Birliyi
89 Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi
90 Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
91 Naxçıvan Gənclər Təşkilatları Milli Şurası
92 NUR Uşaq və Gənclərin İctimai Birliyi
93 Nurlu Sabah Uşaq-Gənclər Təşkilatı İctimai Birliyi
94 Odlar Yurdu Gənclər İctimai Birliyi
95 Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi
96 Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyi
97 Resurs Gənclərin İnkişafı İctimai Birliyi
98 SAF Həyat Naminə Gənclər İctimai Birliyi
99 Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi
100 Sağlam Gəncliyə Doğru İctimai Birliyi
101 Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi
102 Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
103 Sehirli aləm Cəmiyyəti İctimai Birliyi
104 Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi
105 Sinema Gənc Kinematoqrafçılar Mərkəzi İctimai Birliyi
106 Tarixçi Tələbələrin Elmi Cəmiyyəti
107 Təbiət Dostları Gənclərin Ekoloji Maariflənməsinə Kömək İctimai Birliyi
108 Təkan Tələbə Gənclərin İctimai Birliyi
109 Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası İctimai Birliyi
110 Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi
111 Təşəbbüs Xeyriyyə İctimai Birliyi
112 Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
113 Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi
114 Uşaq və Gənclərin Tərəqqi Mərkəzi İctimai Birliyi
115 Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi
116 Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi
117 Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım İctimai Birliyi
118 Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi
119 Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyi
120 Yaddaş Maarifçi Gənclər İctimai Birliyi
121 Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi
122 Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
123 YENİ YOL Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
124 Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi
125 Yuva Humanitar Mərkəzi İctimai Birliyi
Assosiativ
1 Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası İctimai Birliyi
2 Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası İctimai Birliyi
3 Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı İctimai Birliyi
4 Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi
5 Azərbaycan Respublikası Uşaq Təşkilatı İctimai Birliyi
6 BİKƏ Azərbaycan Qayd-Qızlar İctimai Birliyi
7 Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi
8 Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi
9 Doğruluq Gənclərin Beynəlxalq Mərkəzi İctimai Birliyi
10 Dünyəvi Yüksəliş Gənclər Təşkilatı İctimai Birliyi
11 ELİTAR Gənclər Klubu İctimai Birliyi
12 Gələcək Naminə Humanitar Təşkilatı İctimai Birliyi
13 Gənc Ana Vətənçilər Assambleyası İctimai Birliyi
14 Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi
15 Gənclər İnkişaf Naminə İctimai Birliyi
16 Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi (IB Club)
17 Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai Birliyi (GəncSİMA)
18 Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
19 Gənc Psixoloqlar İctimai Birliyi
20 İrs-Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyi
21 İnsan və Mühit ictimai birliyi
22 Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi
23 Sən Tək Deyilsən Gənc Əlil Qızlara Yardım İctimai Birliyi
24 Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi
25 Ümid Yeri Xeyriyyə Cəmiyyəti İctimai Birliyi

Beynəlxalq Əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (NAYORA) 1995-ci ildə əsası qoyulan və 150 qeyri-hökumət təşkilatını özündə birləşdirən Azərbaycanın ən böyük gənclər platformasıdır. Bu gün Milli Şura Azərbaycan gənclərini beynəlxalq səviyyədə təmsil etməklə dünyanın 150-dən çox ölkəsi, regional və beynəlxalq gənclər platformaları ilə birbaşa və dolayı yolla əlaqələrə malikdir.

Azərbaycan Respublikasının qonşu ölkələri və qonşu bölgələr arasında gənclər əməkdaşlığının gücləndirilməsi məqsədilə Milli Şura bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir, qonşu ölkələrin milli gənclər şuraları ilə birgə fəaliyyətlər təşkil edir. Milli Şura Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Ukraynanın aparıcı gənclər platformaları ilə ikitərəfli əməkdaşlıq memorandumları imzalayıb.

Azərbaycan gənclərinin beynəlxalq səviyyədə təmsil olunması və Azərbaycan maraqlarının qlobal səviyyədə qorunmasına dəstək göstərmək məqsədilə Gənclər Təşkilatları Milli Şurası bu gün dünyanın 4 tərəfini əhatə edən beynəlxalq gənclər platformalarında təmsil olunur.

Tarix Qurum
1997-ci ildən Avropa Gənclər Forumunun üzvü, Türk Dünyası Gənclər Birliyinin həmtəsisçisidir.
2000-ci ildən Avropa Gənclər Forumunun tamhüqüqlu üzvü
2000–2003-cü illər Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurasının üzvü
2001-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi statusu
2002-ci ildən İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü irəli sürülmüşdür
2003-cü ildə Bakı şəhərində İslam Konfransı Gənclər Forumunun təsisçilərinin 1-ci görüşü keçirilir
2004-cü ildən İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür
2012-ci ildən Dünya Azərbaycanlı Gənclər Birliyini həmtəsisçisi
2012-ci ildən Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyinin həmtəsisçisi
2013-cü ildən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvü
2014-cü ildən Dünya Gənclər Assambleyasının İcra Komitəsinin üzvü
2014–2015-ci illər Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurasının və Proqram Komitəsinin üzvü
2016-cı ildə Avropa Könüllülük Xidmətinin akkreditassiyasının yenidən alınması
2017-ci ildən Avropa Gənclər Forumunun Dayanıqlı İnkişaf Şəbəkəsinin üzvü
2017–2018-ci illər Avropa Gənclər Forumunun Üzvlərin Qəbulu Komissiyasının (CBMA) üzvü

Milli Şura 2002-ci ildən BMT-nin 54 dövlətinin təmsil olunduğu İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi statusa malikdir. Milli Şura BMT-nin bir sıra qurum və agentliyi ilə sıx əməkdaşlıq əlaqələri quraraq BMT-nin gənclər və yeniyetmələrlə iş sahəsində milli səviyyədə dayanıqlı tərəfdaşa çevrilmişdir. Bu günə qədər BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNİCEF), Beynəlxalq Əmək Təşkilatı (lLO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), eləcə də BMT-nin Baş katibinin Gənclər üzrə Xüsusi Elçisinin Ofisi ilə onlarla birgə uzunmüddətli və qısamüddətli layihə və tədbir təşkil olunub. Bu tərəfdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, gənclər siyasəti, uşaq və yeniyetmələrin hüquqları, gənclərin sağlamlığı, gənclərin iştirakçılığı və digər mövzuları əhatə edib.

Avropa Şurası

[redaktə | mənbəni redaktə et]

Milli Şura nın Avropa Şurası ilə uzunmüddətli əməkdaşlığı Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti ilə sıx əlaqələrinə əsaslanır. Milli Şura Avropa Şurasının gənclərlə iş üzrə təcrübəsini, metodikasını və Avropa Şurasının Nazirlər Komitəsinin, eləcə də digər strukturların qərar və tövsiyələrini Azərbaycanın maraqlarına uyğun olaraq tətbiq edir və Azərbaycanın gənclər siyasəti təcrübəsini digər Avropa ölkələri ilə bölüşür. İlk dəfə 2002–2003-cü illərdə, daha sonra 2014–2015-ci illərdə Milli Şura Avropa Şurasının Gənclərlə İş üzrə Məşvərət Şurasında Azərbaycanı təmsil edib. Hal-hazırda Milli Şura Avropa Şurasının Gənclər Sektorunda 2012–2017-ci illər üzrə prioritet təşəbbüsü olan "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyasının Azərbaycanda milli əlaqələndiricisidir.

Avropa İttifaqı

[redaktə | mənbəni redaktə et]

Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının "Erasmus+" proqramında fəal iştirak edir. Bu proqram çərçivəsində hər il onlarla gənc və gənclər təşkilatlarının nümayəndəsi Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Mili Şura 2013-cü ildən Avropa Könüllülük Xidmətinin "göndərən" və "qəbul edən" təşkilat akkreditasiyasına sahibdir. 2016-cı ildə həmin akkreditasiya yenilənib.

  1. "Arxivlənmiş surət". 2019-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-29.