Azərbaycan Respublikası Hərbi Prokurorluğu

Azərbaycan Respublikası Hərbi ProkurorluğuAzərbaycanda prokurorluq.

Tarixi[redaktə | mənbəni redaktə et]

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti «SSRİ prokurorluğu haqqında» 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi. SSRİ dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Hazırda respublikada hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları və digər normativ aktlar oynayır. Azərbaycan Respublikası Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Hərbi prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından, komandanlıqdan asılı olmayaraq icra edir. Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrinin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanlarının, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər. Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Azərbaycan Respublikası Hərbi prokuroru tərəfindən həyata keçirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]