Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aliorta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır.

Dövlət İmtahan Mərkəzi
  • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 11 aprel 2016
Baş qərargah Bakı şəhəri, Həsən Əliyev küçəsi, 299 AZ 1078
Ünvan Bakı
Bərdə
Gəncə
Göyçay
Lənkəran
Naxçıvan MR
Şəki
Şəmkir
Şirvan
Xaçmaz
Rəhbərlik
Rəhbər Məleykə Abbaszadə

Rəsmi saytı dim.gov.az

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[1]

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)

[redaktə | mənbəni redaktə et]

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir.

1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir.

Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib.

TQDK-da 4 şöbə fəaliyyət göstərib:

  1. Təşkilat şöbəsi
  2. Sorğu-suallar şöbəsi
  3. Kompüter əməliyyatları şöbəsi
  4. Maliyyə-inzibati şöbə

Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib.

Dövlət İmtahan Mərkəzi (DİM)

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.[2]

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə idarə heyəti idarə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Qəbul və imtahanlar

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq imtahanlar

[redaktə | mənbəni redaktə et]

DİM ABŞ-nin ETS (Educational Testing Service) — Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatı və "College Board"-un (Ali Təhsilə Qəbul Şurası) dəstəyi ilə kağız daşıyıcılar vasitəsilə SAT imtahanlarını keçirir.[3]

Həmçinin, ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından DİM-in nəzdində fəaliyyətə başlayan kompüterləşdirilmiş imtahan mərkəzi tərəfindən TOEFL iBT Test və 2020-ci ilin yanvarından "GRE:General Test" imtahanlarının keçirilməsinə başlanılıb.[4]

2018-ci ildə DİM "Pearson VUE" təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən akademik ingilis dili ("PTE Academic"), eləcə də müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 100-dən çox imtahanı keçirmək hüququ əldə edib.

2020-ci ildə DİM "LanguageCert International ESOL" beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn və kompüter-əsaslı qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur.[5]

2020-ci ildə DİM ACCA təşkilatının rəsmi Test Mərkəzi kimi qeydiyyata alınmışdır.

Dövlət qulluğu

[redaktə | mənbəni redaktə et]

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası:

  • Vurğun Əyyub (21 iyul 1992 – 30 iyul 1993)
  • Kamran İmanov (30 iyul 1993 – 15 yanvar 1995)
  • Məleykə Abbaszadə (i. e. 15 yanvar 1995 – 17 iyun 1995)
  • Faiq Nağıyev (17 iyun 1995 – 9 iyun 1996)
  • Məleykə Abbaszadə (i. e. 9 iyun 1996 – 5 oktyabr 2000)
  • Məleykə Abbaszadə (5 oktyabr 2000 – 12 aprel 2016)

Dövlət İmtahan Mərkəzi:

  • Məleykə Abbaszadə (12 aprel 2016 – h. h.)
  1. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  2. Saməddin Mehralıyev. "İlham Əliyev TQDK-nı ləğv etdi" (az.). ANSPRESS. 2016-04-11. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
  3. "Dövlət İmtahan Mərkəzinin rəsmi saytı (SAT bölməsi)". 2022-06-30. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  4. "DİM ETS təşkilatının xaricdə magistratura və doktoranturaya qəbul üçün tələb olunan GRE imtahanını keçirmək üçün lisenziya əldə edib". 2023-07-07. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  5. "DİM ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib". 2023-07-07. (#archive_missing_date) tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]