Azərbaycan Respublikasının Qanunvericilik Toplusu — Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının dərc edildiyi rəsmi aylıq nəşr.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu | |
---|---|
Növ | Toplu |
Təsisçi | Azərbaycan Respublikasının Prezidenti |
Təsis tarixi | 5 fevral 1996 |
Qərargah | Bakı şəhəri |
Dil |
Azərbaycan dili rus dili[1] |
Toplu Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı ilə təsis edilmişdir[1].
İlk nömrəsi 31 iyul 1997-ci ildə nəşr olunmuşdur.