Azərbaycan Sığortaçılar Assosiasiyası

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi[1] ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

ASA
Azərbaycan Sığortaçılar Assosiasiyası
Qeydiyyat tarixi 29 dekabr 2006-cı il
Rəsmi dili Azərbaycan dili
Sədr Azər Əliyev
asa.az

Haqqında[redaktə | mənbəni redaktə et]

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında" Azərbaycan respublikasının Qanunu, digər normativ-hüquqi aktlar[2] və Nizamnaməsi əsasında həyata keçirir.

Birlik 29 dekabr 2006-cı il tarixində Azərbaycan respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır[3][4]. Qeydiyyat nömrəsi 1106-Q15–2291. Birliyin müstəqil binası, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

Birliyin əsas məqsədi: Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [ http://www.asa.az/about Arxivləşdirilib 2018-10-07 at the Wayback Machine ]
    1. [1] [ölü keçid]
  1. "Arxivlənmiş surət". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  2. "Arxivlənmiş surət". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  3. "Arxivlənmiş surət". 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  4. "Arxivlənmiş surət". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.