Azərbaycan Tədqiqatları

"Jahrbuch Aserbaidschanforschung" ("Azərbaycan Tədqiqatları") — Almaniyada nəşr edilən illik elmi məcmuə

'"Jahrbuch Aserbaidschanforschung" 2007-ci ildən, ildə 1 dəfə çap olunan elmi-tədqiqat jurnalıdır. Jurnalın çap olunmasında əsas məqsəd Azərbaycanla bağlı tədqiqat aparan yerli və xarici alimləri bir araya gətirməkdir.

"Azərbaycan Tədqiqatları" adlı elmi məcmuənin yaranma ideyası 2005-ci ilin sentyabr ayında bu məcmuənin naşirləri ilə bir alman azərbaycanşünas alimin arasında getmiş söhbətdən irəli gəlmişdir. Bu alman tədqiqatçısı söhbət əsnasında Azərbaycan alimlərinin öz vətənləri haqqında yazdıqları elmi əsərlərin Almaniyada heç tanınmadığını dilə gətirmiş və bunu bir irad kimi bildirmişdi. Bununla da, Azərbaycan haqqında aparılan elmi məlumatlarda elə bir boşluq yaranmışdır ki, bu boşluq ölkəyə dərindən bələd olan şəxslər tərəfindən deyil, "yalançı alimlərin" tədqiqatları tərəfindən doldurulur. Bu iradı nəzərə alaraq, biz belə bir fikrə gəldik ki, elə bir illik məcmuə yaradaq ki, burada nəinki Azərbaycan alimlərinin, habelə alman tədqiqatçılarının Azərbaycanla bağlı elmi əsərlərini toplayaraq nəşr etdirək. Təqdim olunan məcmuə Azərbaycanla bağlı olan müxtəlif sahələri əhatə edir: siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyat. Məqalələrin müəllifləri təkcə Azərbaycanda deyil, Avropanın başqa ölkələrində də, məsələn, Almaniya, Fransa, Niderlandda yaşayırlar. Azərbaycan dilində yazılmış məqalələrin qısa məzmunu alman və ingilis dilində də təqdim olunur. Bu, ilk növbədə Azərbaycan dilini bilməyən əcnəbi mütəxəssislərə həmin məqalədə nədən söhbət getdiyini bildirmək üçündür.

Jahrbuch_Aserbaidschanforschungun Bakıda təqdimat mərasimi — müəlliflər

2007-ci il 14 mart tarixdə Azərbaycan Dillər Universitetinin kitabxanasında Almaniyada yenicə nəşrə başlamış "Jahrbuch Aserbaidschanforschung" ("Azərbaycan Tədqiqatları") adlı elmi məcmuənin 1-ci nəşrinin təqdimetmə mərasimi olmuşdur. Yığıncağı Azərbaycan Dillər Universiteti Alman dili tərcüməsi fakültəsinin dekanı Vilayət Hacıyev açdı. O, tədbirdə iştirak edən tələbələrə bu Universitetin məzunları və onun keçmiş tələbələri olan Mərdan Ağayevlə Ruslana Süleymanovanı nümunə göstərərək, onların Almaniyada gördükləri böyük iş – "Jahrbuch Aserbaidschanforschung" u nəşr etmələri barədə məlumat verdi. Sonra "Jahrbuch Aserbaidschanforschung"un 2 həmtəsisçi-redaktorundan biri olan Mərdan Ağayev çıxış edərək məcmuənin nəşr olunma prosesindən, bu zaman meydana çıxan bəzi problemlərdən bəhs etdi. "Jahrbuch Aserbaidschanforschung" ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən, Azərbaycan Dillər Universitetinindən elmlər namizədi Çərkəz Qurbanlı, Bakı Dövlət Universitetindən professor Vaqif Süleymanlı, Vahid Zahidoğlu çıxış edərək "Jahrbuch Aserbaidschanforschung" nəşrini alqışladılar və Mərdan Ağayevə minnətdarlıqlarını bildirdilər. Sonda, Mərdan Ağayev "Jahrbuch Aserbaidschanforschung" ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən bu tədbirdə iştirak edənlərin hər birinə onlara məcmuənin "Köster" nəşriyyatından hədiyyə kimi göndərilmiş 1 nüsxəsini və Almaniya qonorar fondunun blanklarını təqdim etdi və kollektiv şəkil çəkdirildi.

  • 1. Mərdan Ağayev. Təvəllüdü 1976-cı ildir. Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini bitirib. Sonra DAAD adlı alman fondunun yolu ilə Almaniyada təhsilini davam etdirmişdir.
  • 2. Ruslana Süleymanova. Təvəllüdü 1974-cü ildir. Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini bitirib, eyni zamanda Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda təhsil alıb. O da Almaniyaya DAAD adlı alman fondunun yolu ilə getmiş və orada təhsilini davam etdirmişdir.

Başar Kömür — Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. O, "Jahrbuch Aserbaidschanforschung"un bütün nəşriyyat xərclərini öz üzərinə götürmüşdür.

Nəşr olunduğu yer

[redaktə | mənbəni redaktə et]

Berlin şəhərində "Köster" nəşriyyatı. Satış qiyməti 24,80 Avro.

  1. "Jahrbuch Aserbaidschanforschung" məcmuəsinin saytı
  2. "Şəkinin səsi" qəzeti nəşrlərinin elektron variantları