Azərbaycan Turizm Assosiasiyası

Azərbaycan Turizm Assosiasiyası (qısaca: AzTA[1]) — turizm sənayesi üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı təşkilatlardan biri[2]. Qurum ölkədəki turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir[3]. İdarə Heyətinin sədri Əhməd Qurbanovdur[4].

Azərbaycan Turizm Assosiasiyası
AzTA
Növü ölkə
Yaranma tarixi 2009
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı, Azərbaycan Respublikası
Sədr Əhməd Qurbanov

2009-cu ildən fəaliyyətdə olan Assosiasiya hazırda Azərbaycanda turizm və otel sahəsində təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından biridir[2]. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir[3].

Ümumdünya Turizm Təşkilatının üzvüdür[3].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]