Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar Məktəbi

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabitləri.

Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar məktəbiAzərbaycan Xalq Cümhuriyyəti milli ordusu üçün hərbi kadrlar hazırlayan təhsil müəssisəsi.[1]

Yaradılması[redaktə | mənbəni redaktə et]

Hərbi nazirin 1919-cu il, 28 yanvar tarixli əmrinə əsasən, Gəncədə yaradılmışdı. Statusuna görə kiçik komandirlər və mütəxəsislər hazırlayırdı. Təminat və təchizatın, müəllim-zabit kadrlarının və dərs vəsaitlərinin çatışmazlığı tədrisin təşkilinə əlavə çətinliklər yaradırdı. 1919-cu ilin, iyulunda İstehkamçılar məktəbi Praporşiklər məktəbi Bakıya köçürülməsi qərara alındı. 1919-cu ilin avqustun axırlarında məktəb əvvəlcə Gəncəyə, sonra isə (sentyabrın 5-i) Bakıya köçürüldü. Məktəbin rəisi polkovnik B.K.Bekov idi.[1]

Ləğvi[redaktə | mənbəni redaktə et]

İstehkamçılar məktəbi , Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ilin iyulun 14-də ləğv olunmuşdur.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Manaf Süleymanov, Azərbaycan Ordusu(1918–1920), Bakı, 1998

Həmçinin bax[redaktə | mənbəni redaktə et]