Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliyinin nəzdində kollegial orqan.[1]

Yaradılması[redaktə | mənbəni redaktə et]

Hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələləri müzakirə edir və müvafiq qərarlar çıxarırdı. Əsası 1919 il yanvarın 10-da qoyulmuşdu. Hərbi şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək Müvəqqəti Hərbi Şura (MHŞ) yaradılmışdı. Hərbi nazir və onun müavini, piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, ləvazimat və istehkamçı idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı MHŞ-nın üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik edirdi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hərbi şuranın əsasnaməsi işlənib hazırlandıqdan sonra 1920 ilin əvvəlində şuranın daimi tərkibi təsdiq edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə iki hərbi şura yaradıldı: Böyük hərbi şura (BHŞ) və Kiçik hərbi şura (KHŞ). Təcili həllini tələb edən məsələlərə KHŞ-da baxılırdı. Tərkibinə hərbi nazirin müavini, Ümumi qərargahın, Baş ərkani-hərbin və Bakı İstehkamçılar hissəsinin rəisləri daxil idi. Hərbi nazirin rəhbərlik etdiyi BHŞ-ya isə Ümumi qərargahın, Baş ərkani-hərbin, Bakı istehkamçılar hissəsinin rəisləri, qərargahları Bakıda yerləşən piyada və süvari diviziyalarının komandirləri, topçu, istehkam və ləvazimat idarələrinin rəisləri, hərbi-ədliyyə, hərbi-tibb və hərbi-baytar idarələrinin rəisləri daxil idi. BHŞ-nın işində dövlət nəzarət orqanının nümayəndəsi də iştirak edirdi. Hərbi şuranın qərarları hərbi nazirin imzası ilə qüvvəyə minirdi.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Manaf Süleymanov, Azərbaycan Ordusu (1918–1920)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]