Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı.
Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu.