Azərbaycan adına bələdiyyə məktəbi — Braziliyanın patraxtı Rio-de-Janeyroda yerləşən bələdiyyə məktəbi.
Braziliyanın paytaxtı Rio-de-Janeyronun da şəhər bələdiyyəsinin üzvü Joao Ribaş parlamentə məktəbə Azərbaycan adının verilməsini təklif edib. Bu təklif parlamentdə böyük səs çoxluğu ilə qəbul olunub. Həmin təhsil müəssisəsi 2016-cı ilin yanvar ayəndan Azərbaycanın adını daşıyır.
Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada V–XI siniflərdə 700-dən artıq şagird təhsil alır. Sinif otaqlarında Azərbaycana dair kitablar, Azərbaycana həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər şagirdlərə təqdim edilir. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı var. Həmin otaqda bu qəbildən uşaqlar üçün xüsusi dərslər keçirilir, onların əl işləri təqdim olunur.
Təhsil müəssisəsinin direktoru Fabio Minionidir.
16 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində olublar.
Nazir Azad Rəhimov isə ötən il Bakıda keçirilən I Avropa Oyunları, habelə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı xatirə hədiyyələrini məktəbin rəhbərliyinə təqdim edib. Səfir Elnur Sultanov Heydər Əliyev Fondunun hədiyyələrini təhsil müəssisəsinə təqdim edib.
Nazir Azad Rəhimov isə ötən il Bakıda keçirilən birinci Avropa Oyunları, habelə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı xatirə hədiyyələrini məktəbin rəhbərliyinə təqdim edib.
Braziliyada təhsil müəssisələrinə nadir hallarda hər hansı ölkənin adı verilir[1].