Azərbaycan aqrar elmi — Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin elmi-nəzəri beynəlxalq indeksli jurnalı.
Azərbaycan Aqrar Elmi | |
---|---|
Baş redaktor | i.ü.f.d.Amal Həsənli |
Növ | Jurnal |
Format | A4 |
Tiraj | 1000 |
Təsisçi | Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi |
Təsis tarixi | 1968-ci il |
Qərargah | Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi |
Dil | Azərbaycan, Rus, English |
Səhifə | 160-180 |
ISSN | 0205-6976 |
Azərbaycan Aqrar Elmi jurnalı (Vestnik selʹskohozâjstvennoj nauki - ISSN:0205-6976)1968-ci ildə Azərbaycan SSR kənd Təsərrüfatı Naziriliyinin nəzdində "Kənd Təsərrüfatı Elminin Xəbərləri" adı ilə yaradılmışdır. Jurnalın təsisçisi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyidir.”Azəbaycan aqrar elmi” jurnalı Respublika dövrü nəşrlərindən biri olmaqla jurnalda dərc olunan materialların əsasında aqrar sahədə elmi və elmi-nəzəri məsələlər təşkil edir.[1]
Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin 11 mart 1990-cı ildə 192 N-li əmri ilə jurnalın adı dəyişdirilərək -,,Azərbaycan Aqrar Elmi" jurnalı adlandırılmış və hər nömrəsi beş çap vərəqi həcmində olmaqla ayda bir dəfə nəşr olunması məqsədəuyğun hesab edilmişdir.
Jurnal 1990-cı ildən sonra bütün digər mətbuat orqanları kimi jurnal özünümaliyyələşdirmə (təsərrüfat hesablı) prinsipi ilə işləyir. Respublikamız müstəqillik əldə etdiyi vaxta qədər jurnal dövlət büdcəsindən maliyyələşib və ildə altı nömrəsi dərc edilmişdir. "Kənd Təsərrüfatı Elmi Xəbərləri" jurnalı kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid tədqiqatların nəticələri haqqında məqalə və məlumatlar, elmi-nəzəri problemlərə, metodika məsələrinə və elmi diskussiyalara aid materiallar habelə başqa əsərlər barədə tənqidi və biblioqrafiya məlumatları dərc edilmişdir.Jurnalın əkinçilik və bitkiçilik, heyvandarlıq və baytalıq, kənd təsərrüfatının mexanikiləşdirilməsi və elektriktiləşdirilməsi, meşəçilik və aqromeliorasiya, hidrotexnika və meliorasiya, iqtisadiyyat və istehsalın təşkili və sair bölmələri fəaliyyət göstərmişdir.. 1992-ci ilin büdcə layihəsində respublika büdcəsindən maliyyələşən qəzet və jurnallara büdcədən subvensiya verilməsi dayandırılmışdır. Jurnal təsərrüfat hesabı ilə fəaliyyət göstərməli olmuşdur.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 N-li qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları əsasında "Azərbaycan Aqrar Elmi Mərkəzi" yaradılmış və "Azərbaycan Aqrar Elmi" jurnalı Elmi Mərkəzin tərkibinə daxil edilmişdir.
Baş redaktor: Amal Həsənli
Elmi İşlər üzrə direktor müavini: Rahil Nəcəfov
Məsul Katib-Araz Nağızadə
Məsul Katib-Gülçin Tağıyeva