Azərbaycan poliqrafiyası respublikanın 50 illiyinə (film, 1975)

Azərbaycan poliqrafiyası respublikanın 50 illiyinə filmi rejissor Kamil Mirzəyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərnəşr" Nəzdində Mədəniyyət İşçiləri Evinin Studiyasında istehsal edilmişdir. Film Azərbaycan poliqrafiya işçiləri və veteranları haqqında danışır.

Azərbaycan poliqrafiyası respublikanın 50 illiyinə
Janr sənədli
qısametrajlı
Əsas mövzu Azərbaycan Dövlət Nəşriyyatı
Rejissor Kamil Mirzəyev
Ssenari müəllifləri K. Məmmədov
N. Zülfüqarov
Operator Kamil Mirzəyev
İstehsalçı "Azərnəşr" Nəzdində Mədəniyyət İşçiləri Evinin Studiyası
İlk baxış tarixi 1975
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1975
Texniki məlumatlar 3 hissə
360 metr

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan poliqrafiya işçiləri və veteranları haqqında danışır. Filmdə "Azərnəşr"in sexlərində əl ilə mətn yığan fəhlələr, poliqrafiya maşınlarında kitab və dəftərlərin hazırlanması öz əksini tapmışdır.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: K. Məmmədov, N. Zülfüqarov
Rejissor: Kamil Mirzəyev
Operator: Kamil Mirzəyev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 174

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1975-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı